“Zəmanət verirəm ki, Ukrayna ordusu Belarusa qarşı heç bir təcavüzkar hərəkət planlaşdırmayıb, planlaşdırmır və planlaşdırmayacaq”-UKRAYNANIN MÜDAFİƏ NAZİRİ BELARUSLULARA MÜRACİƏT ETDİ

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Belarus xalqına müraciət edib.

Etikxeber.az məlumat verir ki, müraciət Ukrayna müdafiə nazirinin “Facebook” səhifəsində yayımlanıb.

Ukraynalı nazir bildirib ki, təsdiqlənmiş məlumatlara əsasən Rusiya silahlı qüvvələrinin komandanlığı bəzi təxribatlar hazırlayır. Rusiya aviasiyası Belarus Respublikası ərazisində Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən bir neçə yaşayış məntəqəsinə zərbə endirməyə hazırlaşır. Onlar xüsusilə Kopanı qəsəbəsini (Brest vilayətinin Stolın rayonu) vurmağı planlaşdırırlar. Rusiya Belarusa Ukrayna hava məkanından zərbə endirmək niyyətindədir. Məqsəd Belarusun hazırkı rəhbərliyini Ukraynaya qarşı müharibəyə məcbur etməkdir.

“Mən zəmanət verirəm ki, Ukrayna ordusu Belarusa qarşı heç bir təcavüzkar hərəkət planlaşdırmayıb, planlaşdırmır və planlaşdırmayacaq. 15 günlük müharibədə Ukrayna silahlı qüvvələri 12 mindən çox rus əsgərini öldürüb. Ölkənizin bu müharibəyə sürüklənməsinə imkan verməyin! Yaxınlarınızın həyatını xilas edin! Kremlin Belarusun gələcəyini məhv etməsinə imkan verməyin”, – deyə nazir müraciətində vurğulayıb.

Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi isə bildirib ki, bu addım artıq Moskva və Minsk arasında razılaşdırılıb.

“Ilkin məlumata görə, Belarus ordusu 11 mart 21:00-dan etibarən Ukraynaya qarşı müharibəyə qoşulacaq – deyə, Mərkəzin məlumatında bildirilib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Belarus-Ukrayna sərhəddində iki hərbi təyyarənin Ukrayna hava məkanından Belarus ərazisinə hava zərbələri endirməsi ilə bağlı görüntü yayıb.

Etikxeber.az

Read Previous

“Azərbaycanı Naxçıvanla birləşdirən yol təxminən 50-55 km olacaq, Naxçıvana keçidi təmin ediləcək”-NAZİR

Read Next

Şəhidin ailəsi mənzillə təmin olunsa da, imkansızlıq üzündən otaqlar bomboşdur…-ŞƏHİDİN ADİL RZAYEVİN AİLƏSİNƏ DƏSTƏK OLAQ! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir