Zəvvarların Həcc ziyarəti başlandı

kebe-1

Azərbaycandan bu gün zəvvarların Həcc ziyarəti başlayıb.

Etikxeber.az-ın APA-nın məlumatına görə, azərbaycanlı zəvvarları aparan ilk təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər.

Sentyabrın 19-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.

Etikxeber.az

Read Previous

Paralimpiyaçılarımız XV Yay Paralimpiya Oyunlarında iştirak üçün Braziliyaya yola düşdü

Read Next

“VAZ” xəndəyə aşdı, sürücü dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir