Zabil Müqabiloğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi

Tanınmış jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Etikxeber.az-ın xəbərinə görə, hazırda onun nəşi 1 saylı Şəhər Kliniki Xəstəxandadadır (Semaşko) və müəyyən prosedurlardan sonra yaxınlarına təhvil veriləcək.

Jurnalist serroz xəstəliyindən əziyyət çəkirdi və son dəfə dünən axşam komaya girmişdi.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. “525-ci qəzet”, “Avropa”, “Tərcüman” qəzetlərində, “Yeni Müsavat” Media Qrupunda çalışıb.
Son iş yeri təsisçisi olduğu gunxeber.com saytı idi.

Özündən sonra bir oğlu qaldı.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Prezident “Qatar Petroleum”un prezidenti ilə bir araya gəldi- FOTO

Read Next

Mehriban Əliyeva: Təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir