Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zabit dostu öz övladına Şəhid Emin Sadiqovun adını qoyub.
Etikxeber.az xəbər verir ki, bu barədə Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova öz sosial şəbəkə hesabında paylaşdığı statusunda qeyd edib.
Qeyd edib ki, Şəhid oğlunun zabit dostu Toğrul bugünlərdə dünyaya gələn oğlan övladına Eminin adını verib.
“Bir adı yaşatmaq var, bir də, sadəcə, ad qoymaq. Toğrul oğlum, sən Eminin adını qoydun oğluna. Bu, sadəcə, bir secim deyil. Bu, ürəklə verilən qərardır. Ad qoymaq başqa, Şəhidin adını niyyət eləyib qoymaq başqa…Oğlum, tanıdığın, dərdini bildiyin, yolunu gördüyün, dost, qardaş olduğun bir igidin adını yaşatmaq başqa məna daşıyır…Bu hörmətdir, sədaqətdir, unutmamaqdır…”-deyə, Şəhid anası sonra yazıb.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin üzvü olan Gülşad Rüstəmli (Rüstəmova) İkinci Vətən Müharibəsində tək övladını-Emin Sadiqovu Vətən yolunda Şəhid verib.
Ali-hərbi təhsilli Emin Sadiqov 2020-ci ilin 26 oktyabr tarixində Füzuli istiqamətində döyüşlərində Şəhid olub və nəşi ayın 30-da Şahbuz rayonunun Şahbuzkənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU
Etikxeber.az





