Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-11 iyun 2025-ci il tarixində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Göyçay rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, iki övlad atası, “Azərbayca Bayrağı” ordenli, ali-hərbi təhsilli, polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovla bağlı tədbir düzənlənib.
Etikxeber.az xəbər verir ki, saat 14:30-da başlayan tədbirdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, millət vəkilləri, Qazilər, hərbçilər, Mərkəzi Zabitlər Evinin əməkdaşları, ziyalılar və digər şəxslər iştirak ediblər.
Öncə mərhum dövlət başçısı Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət himni səsləndirilib.
Ardınca Vidadi Xəlilovla bağlı qısa məlumat verildikdən sonra haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar başlayıb.
Şəhidin anası Əminə Məmmədova, Şəhid Elşad Əliyevin anası Flora Əliyeva, millət vəkilləri-Aydın Mirzəzadə, Elçin Mirzəbəyli, Nigar Məmmədova və digər şəxslər çıxış ediblər.



Çıxışlarda Vidadi Xəlilovun 38 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan danışılıb, Vətən naminə fədakarlığından bəhs olunub.
Vidadi Xəlilov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.
Eyni zamanda, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Əminə Məmmədovanın dediklərindən:
“Övladımla hər zaman Fəxr etmişəm…Çünki Fəxr ediləsi övladıydı..Övladlarımın şahı idi, evimizin, ailəmizin şah əsəriydi…Ömrünü hərbə, hərb sənətinə, Vətənə xidmətə həsr etdi…Bir hərbçi, bir Vətənpərvər kimi də Vətən yolunda Şəhid oldu…”
Çıxışlardan sonra bədii hissə başlayıb.
Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər və Mərkəzi Zabitlər Evinin əməkdaşları tərəfindən mahnılar ifa edilib, səsləndirilib.
Sonda xatirə fotoları çəkdirilib.
16:50
***
FOTOLAR:











19:00
***













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az