Zabitlərin də diplomatik pasportları olacaq

Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında  “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Etikxeber.az-ın xəbərinə görə, ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə göndərilən layihədə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi məsələsi özünün əksini tapıb.

Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İcra başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi tənzimlənəcək…

Read Next

Almaniyaya LNG təchiz edən ABŞ şirkətləri rəqabət aparacaq gücdə deyil – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir