Zabitlər Evində Baş leytenant-ŞƏHİD RAMİQ MİKAYILOVLA BAĞLI ANIM TƏDBİRİ KEÇİRİLDİ – FOTOLAR

Bu gün Şamaxının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 1993-cü il təvəllüdlü, ali təhsilli və peşəkar hərbçi, Baş leytenant, Qərargah rəisi Ramiq Mikayılovun Həzi Aslanov adına Bakı Zabitlər Evində anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, QHT təmsilçiləri, Zabitlər Evinin əməkdaşları və başqa şəxslər iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Anım təbdirində həmçinin çıxışlar edilib, Şəhidin keçdiyi şətəfli həyat və döyüş yolundan bəhs olunub.

Tədbirin bədii hissəsində isə Zabitlər Evinin əməkdaşları tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.

Tədbir iki saata yaxın davam edib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, cəmi 18 yaşında Şəhid olan Elvin Məlikməmmədovun Cənnətdəki ikinci, yubiley doğum günü: BU GÜN ONUN 20 YAŞI TAMAM OLDU – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Noyabrda dünyaya gələn və noyabrda da Şəhid olan ailənin tək oğlu, 5 medallı, 2 övlad atası-NAHİD İBRAHİMZADƏ…ŞƏHİDİN AİLƏSİ, VƏTƏNƏ ƏMANƏT ÖVLADLARI İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir