Zabitlər Evində daha bir neçə Bərdəli Şəhidlə bağlı-ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakı şəhərində, Həzi Aslanov adına Zabitlər Evində daha bir neçə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-Elməddin Mahir oğlu Yusibov, Sövqi Raqub oğlu İsmayılzadə, Behbud Rübail oğlu Behbudlu, Mirsədi Mircəfər oğlu Bağırlı, Baxış İlqar oğlu Rəhimli və Əkbər Natiq oğlu Mustafayev ilə bağlı anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə adları çəkilən Şəhidlərin ailələri, yaxınları, digər Bərdəli, Bakılı, Şamaxılı Şəhid ailələri, Qazilər, hərbçilər, Zabitlər Evinin əməkdaşları və başqa şəsxlər iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidlərin hər birinə həsr olunmuş videoçarx nümayiş etdirilib, çıxışlar edilib.

Sözügedən Şəhidlərin ailə üzvləri, tədbirə qatılan digər şəxslər çıxış edərək, Şəhidlərin, övladlarının İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışıblar.

Şəhidlərlə, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Eyni zamanda, belə bir tədbirin təşkili üçün Zabitlər Evinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda, bədii hissədə Zabitlər Evinin əməkdaşları tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa edilib.

Anım tədbiri iki saata yaxın davam edib, sonda xatirə fotoları çəkdirilib.

14:40

***

FOTOLAR:

15:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu-MN

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir