Zahid Oruc ad gününə Bərdə İmamzadəsinin ziyarəti ilə-BAŞLADI – FOTOLAR

94 saylı Seçki Dairəsindən deputatlığa namizəd Zahid Oruc doğum günündə Bərdədə İmamzadə türbəsini ziyarət edib.

Etikxeber.az xəbər verir ki, ziyarətdə rayonun dəyərli ağsaqqlarından Akif Mehdiyev, Seyid Yusif ağa ocağının təmsilçisi Seyid Səbuhi, seçki qərargahının nümayəndəsi İlqar Kərimov da iştirak ediblər.

Ziyarət zamanı imamların ruhuna dualar oxunub, Azərbaycan dövləti, xalqı üçün ən xoş arzular dilənib.

Qeyd edək ki, Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir.

Buradakı türbədə 5-ci imam Məhəmməd əl-Baqirin qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub.

Etikxeber.az

Read Previous

Nazir müasir Dalğıc Təlim Poliqonunun-AÇILIŞINDA – FOTO-VİDEO

Read Next

Amaşovdan da AŞPA-ya-ETİRAZ GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir