ZAHID ORUC BAŞ NAZİRLƏ NİYƏ GÖRÜŞDÜ? – “Onun bürokratik zirehdən uzaq iş prinsipi…”

Azərbaycan bölgələrinin mavi yanacaqla təminatında Bərdə rayonu mühüm yer tutur.

Son 6 ildə görülən tədbirlərin nəticəsində rayon əhalisinin 98 faizinin evlərində daimi istilik problemi həllini tapıb.

Ölkə başçısının tapşırığı ilə cəbhə xəttinə yaxın ərazilərin infrastruktur quruculuğu və enerji resurslarının təmin olunması hər zaman xüsusi diqqət mərkəzində olub.

Bərdə rayonunun bütün inzibati vahidlərinə qazın verilməsinin başa çatdırlması üçün son 3 kəndin-Ləmbəran, Mollalı və 32-lər kəndlərinin, həmçinin Ağdam yolu üzərində məskunlaşmış 50 ailənin problemlərinin həlli ilə bağlı millət vəkili Zahid Oruc Azərbaycan respublikasının Baş naziri Artur Rasi-zadə ilə görüşüb

Deputat Etikxeber.az-a açıqlamasında qeyd edib ki, ölkə başçısının tapşırığı ilə “Azəriqaz” Açıq Səhmdar Cəmiyyəti onun təmsil etdiyi bölgənin problemlərinə daim yüksək həssaslıq göstərib.

azeriqaz

Bununla bərabər, ötən ildən başlayaraq, investisiya xərclərinin azaldılması səbəbindən həmin kəndlərdə aparılan işlər yarımçıq qalıb.

Z. Oruc bildirib ki, baş nazir hər zaman yüksək dövlət əxlaqına malik şəxs kimi Bərdəyə xüsusi həssaslıqla yanaşıb, qaldırılan məsələlərə birbaşa müdaxilə edib və bunu yerli camaat da yaxşı bilir.

“Artur müəllimin şəxsi nümunəsi parlamentlə əməkdaşlıqda xüsusi yer tutur və Baş nazirin bürokratik zirehdən uzaq iş prinsipini ilk növbədə biz öz üzərimizdə hiss edirik”.

Deputat İqtisadiyyat Nazirliyinin də Qarabağ bölgəsi ilə bağlı tədbirlər planını yüksək qiymətləndirib və yaxın vaxtlarda bir neçə açılış mərasimi ilə bağlı Bərdədə olacağını söyləyib.

Etikxeber.az

Read Previous

Prezident Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olundu- FOTO

Read Next

Məktəbəqədər təhsil müəssisələrinə ali təhsilli kadrlar rəhbər təyin olunmalıdır – KOMİTƏ SƏDRİ – YENİLƏNİB -3

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir