Zahid Oruc: “Bundan ancaq region qazana bilər…”

“Gələcəkdə Türkiyə və Çin Azərbaycan-Rusiya-İran üçbucağında formalaşan regional əməkdaşlıq formatına qoşula bilər”.

Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Zahid Oruc  parlamentdə Azərbaycan-İran-Rusiya arasında imzalanan üçtərəfli bəyannaməsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya-İran arasında yaranmaqda olan regional əməkdaşlıq formatı digər birliklərə qarşı yönəlməyib.

Millət vəkili bildirib ki, baxmayaq ki,  Rusiya və İran Azərbaycanın müstəqilliyinin ilk illərində mənfi rol oynasa da, ancaq sonradan Azərbaycanın əhəmiyyətini anlamaq və  ölkəmizlə onun həyata keçridiyi siyasət nəticəsində birgə əməkdaşlıq etmək məcburiyyətində qalıblar. “Hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatına qardaş Türkiyə və Çin də qoşula bilər. Və bundan ancaq region qazana bilər”– deyə, millət vəkili vurğulayıb.

Millət vəkili hesab edir ki, adıçəkilən sənədin ratifikasiyası gələcəkdə bölgənin iqtisadi inkişafına təkan verməklə yanaşı, siyasi sabitliyin də yaranmasına öz töhfəsini verəcək.

Etikxeber.az

Read Previous

İranla Azərbaycan arasında viza rejimi ləğv edilməlidir – Qüdrət Həsənquliyev

Read Next

Fəzail Ağamalı: “Rusiyayla İran Ermənistana təzyiqlərini artırmalıdırlar”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir