Zahid Oruc, Çingiz Qənizadə və Şahin İsmaylıovun müxalifətçi rəqibləri kimlərdir? – ADLAR

Müsavat Partiyasının daha 3 üzvünün namizədliyi qeydə alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bunlar “Müsavat” başqanının müavini, hüquqşünas Razim Əmiraslanlı, texnikum təhsilli Tahir Quliyev və politoloq Dadaş Əhmədlidir.

R. Əmiraslı 80 saylı İmişli-Beyləqan seçki dairəsindən, T. Quliyev 81 saylı Beyləqan seçki dairəsindən, D. Əhmədli 94 saylı Bərdə kənd seçki dairəsindən seçkilərə gedib və hər 3-nun də namizədlikləri müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək ki, 80 saylı dairəni parlamentdə iki dəfə millət vəkili olan, hüquq müdafiəçisi Çingiz Qənizadə, 81 saylı dairəni ikinci dəfə seçkilərə qatılan və Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Şahin İsmayılov, 94 saylı dairəni isə 4 dəfə Milli Məclisə (MM) üzv seçilən Sosial Tədqiqatlar Mərkəzi  (STM) İdarə Heyətinin sədri Zahid Oruc təmsil edir.

Hər 3 şəxs yenidən seçkilərə qatılıb və namizədlikləri də qeydə alınıb.

Eyni zamanda, YAP 80 saylı dairədən Rüfət Muradovun, 94 saylı dairədən Qnyaz Məmmədovun namizədliyini irəli sürüb və onlar da artıq deputatlığa namizəddirlər.

Etikxeber.az

 

Read Previous

Sabiq prezident martın 15-dək həbsdə qalacaq…

Read Next

Eksternat imtahanlarının nəticələri-BƏLLİ OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir