Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir ailə müraciət etdi ki, vəziyyətimiz pisdir, özünüzü yetirin. Dərhal evlərinə getdim. Ailənin problemlərinin həlli mənim imkanım xaricindəydi. Bilmirdim nə edim. Çıxılmaz vəziyyətdə qalmışdım. Götürüb millət vəkili Zahid Oruca zəng etdim. Açığı ümidsiz idim. Çünki Zahid bəyi dəfələrlə tənqid etmişəm. Amma Zahid bəy “baş üstə” dedi.
Etikxeber.az xəbər verir ki, bunu yazar Elşad Barat öz şəxsi “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.

“Yenə də inanmadım. İndicə həmin ailənin başçısı zəng etmişdi. Deyir, Zahid Oruc köməkçisini göndərdi, bütün problemlərimizi həll etdilər. Nə deyim, sağ olsun. Şəxsən bu məsələyə görə, bir ailəni pis vəziyyətdən çıxardığına görə, bir jurnalistin xahişini eşitdiyinə görə, bəlkə də emosionallıq edirəm, amma Zahid Orucu öz səhifəmdə “Günün millət vəkili” elan edirəm. Dostlarımdan da xahiş edirəm ki, bu gün üçün onu alqışlayaq…”-deyə, o, sonra yazıb.
Etikxeber.az





