Zahid Oruc Hərbi doktrina və bəzi qanunlara-DƏYİŞİKLİKLƏRİ TƏKLİF ETDİ

Ermənistan parlamentində dinləmələr zamanı Paşinyan Şuşanın əhalisinin 90%-dən çoxunun azərbaycanlılar olduğunu rəsmən bəyan etdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, buna bənzər siyasi etirafı xatırlamaq çətindir:

“Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirəsində öz əksini tapmadı. 1999-cu ildə Ermənistan parlamentinin güllələnməsini nəzərə alsaq, Ermənistan Baş nazirinin Şuşa bəyanatından sonra ona qarşı hər hansı təhdid olmayıb. Kövrək sabitliyin, hələ davamlı olmayan sülhün və bu şəraitdə sülh müqaviləsinin imzalanması baş verə bilər. O zaman Ermənistana qarşı siyasətimizin nə cür olacağı da müəyyən ediləcək. 44 günlük Vətən müharibəsində qələbəmiz regionda yeni reallıq yaradıb. Hətta dünyanın bir çox ölkəsində təhlükəsizlik konsepsiyalarına dəyişikliklər edilib.

Biz Kəlbəcərdən Zəngilana qədər 600 km-lik ərazidə üstünlük əldə etmişik. Azərbaycan həm NATO, həm də KTMT ilə eyni məsafədə qalmağı seçdi. Hərbi doktrinada bu var idi. Azərbaycan ərazisində hərbi bazaların olması məsələsi də hərbi doktrinada yer alıb. Bu məsələyə baxa bilərik. Eləcə də Vətən müharibəsi göstərdi ki, Bakı, Mingəçevir kimi şəhərlər və oradakı strateji obyektlər yüksək səviyyədə qorundu. Bununla bərabər, Bərdə, Gəncə şəhərinin qorunmasında düşmən boşluqlar tapa bildi. Hərbi doktrinada bu məsələlər yer ala bilər”.

Z. Oruc təklif edib ki, 44 günlük müharibədən əvvəl qəbul edilən bəzi qanunlara yenidən baxılsın:

“Xüsusilə, qeyd-şərtlə qəbul edilən qanunlara yenidən baxmalıyıq. Bununla bağlı təklif edirəm ki, Milli Məclisin Aparatına təkliflər verilsin”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Fazil Mustafa dövlət qurumlarını əhaliyə düzgün izahat verməyə çağırdı-ZAHİD ORUC “İKİQAT ÖDƏMƏLƏR” MƏSƏLƏSİNİ QALDIRDI, ƏLİ MƏSİMLİ ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİNİ TƏKLİF ETDİ, TAHİR KƏRİMLİ TARİF ŞURASINI “KABUS” ADLANDIRDI – YENİLƏNİB

Read Next

“Bizi qarşıda növbəti böyük hədəflər gözləyir ki…”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir