Zahid Oruc: “Jirinovski “ideyası” ilə nəinki digər xalqları, heç öz Rus xalqını inandıra bilməyəcək ki… “

Jirnovskinin SSRİ-ni bərpa etmək barədə səsləndirdiyi bəyanat daha çox Rusiyanın maraqlarına zərbə vurur.
 Bunu Gununsesi.info-ya açıqlamasında  MilliMəclisin (MM) Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili  Zahid Oruc  deyib.
Onun sözlərinə görə,  bu gün Rusiya prezidenti  Vladimir Putin və onun komandası  dünyanı inandırmağa çalışır ki,  onlar imperiya qurmaq niyyətlərində deyillər:
“Onlar suveren dövlətlərin hüquqlarını tanıyır və ona hörmət edirlər. Belə olan halda Jirinovskinin 10 illiklər ərzində formalaşan gerçəkliyi nəzərə almadan səsləndirdiyi bəyanat  ilk olaraq Rusiya prezidenti  Putinin planlarını alt-üst edir. İkincisi, Jirinovskinin ideyası Lenin ideyaları kimi cazibəli deyil. Jirinovski bu  ideyası ilə nəinki digər xalqları, heç öz Rus xalqını inandıra bilməyəcək ki, ölkələri Rusiya sərhəddinə daxil etməklə nə qazanacaq?!
 Çünki SSRİ-dən  ən çox əziyyət çəkən xalq elə ruslar özləri olub. Ruslar SSRİ dövründə öz imkan və resurlarından yetərincə istifadə edə bilməyiblər. O zaman bir elita formalaşmışdı ki,  bu elitanın nə ruslara, nə də digər respublikalara aidiyyatı var idi.
Burada digər əsas məqam  ondan ibarətdir ki, bu  fikirlərin ideya cazibədarlığı olmadığı kimi, iqtisadi cəhətdən də ciddi problemlər yaradır. Rusiya müasir hərbi imkanlar baxımından  böyük ambisiyalara malik olsa da,  texnoloji cəhətdən Qərbdən asılı ölkədir”. 
 
Millət vəkili sual edib ki, Rusiya bu ölkələri bir araya gətirsə belə, hər hansı böyük iqtisadi layihəni reallaşdırmaq üçün  texnoloji avadanlığı haradan alacaq.
“Təbii ki, Qərbdən.. Bu, bir daha bu ideyanın mümkünsüzlüyüni göstərir. Çünki müasir innovativ texnologiyalar  Qərbdədir. Rusların nanotexnologiya mərkəzləri innovativ texnologiya ilə bağlı bir sıra layihələr  həyata keçrimək istədilər, ancaq sonadək onu reallaşdıra bilmədilər. Effektli olmadı ”- deyə, o, vurğulayıb.
Z.Orucun fikrincə,  Azərbaycan Jirinovski və onun kimilərin bəyanatlarına fikir  vermədən öz siyasətini davam etdirməlidir.
“Jirinovski kimilər  nə qədər çarizm, arxiv düşüncə tərzində qalacaqlarsa, bu,  ilk növbədə elə Rusiyanın maraqlarına   zərbə vurmaqla,  onun iqtisadi inkişafına əngəllər yaradacaq.  Bir daha təkrar edirəm ki, belə yanaşmalar Rusiyanı irəli deyil, geriyə atacaq. Belə təşəbbüs və çıxışlar onun ətrafında olan ölkələri də ondan qaçıracaq. Bu  cür fikirlər eyni zamanda,  Qərbdəki anti-Rusiya mövqeyində olan qüvvələrin arqumentlərini daha da  gecləndirəcək”– deyə, millət vəkili bildirib.
M.B
Etikxeber.az

Read Previous

“Avropa İttifaqı münaqişənin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir…” MURADOVA

Read Next

Amerikalı jurnalist: “Prezidenti təhqir etdiyim üçün ondan 2023-cü ildə üzr istəyərəm…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir