Zahid Oruc Ombudsmanı sərt tənqid etdi – YENİLƏNİB (2)

Elmir Süleymanova həm təqdir, həm də tənqid olundu

Milli Məclisin (MM) martın 7-də keçirilən növbəti plenar iclasında İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi müzakirə olunub.

apa-elmira

Etikxeber.az xəbər verir ki, məruzəni Ombudsman Elmira Süleymanova tədqim edib.

Bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub.

Məruzədə qeyd edilib ki, ötən ildə Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.

zahid_oruc_esas

Zahid Oruc: “Kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim”

Millət vəkili Zahid Oruc E. Süleymanovanın  parlamentə təqdim etdiyi hesabata sərt reaksiya verib.

O, bildirib ki, İnsan haqları üzrə müvəkkilin səlahiyyət çərçivəsi hamımıza məlumdur:

“İlk dəfədir ki,  belə şablon, dekorativ bir sənədin bizə təqdim olunduğunun şahidi oldum. Biz problemləri deməsək, bu kursa səmimi xidmət etmiş olmarıq. Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov  hər il administrasiyaya daxil olunmuş məktubları təhlil edir. O məktublarda ünvanlar göstərilib. O qədər konyukturaçılıq olmaq olmaz ki, bu cür tərif dolu sənəd ortalığa gətirək. Bu yaxınlarda DTX rəhbəri Mədət Quliyev açıqladı ki,  Azərbaycandan 900 nəfər Suriya, İraqda döyüşə gedib. Biz 2014 – cü ildə qərar verdik ki, onları vətəndaşlıqdan məhrum edək. Biz isə 900 nəfəri itirmişik. 84 nəfərə cinayət işi qaldırılıb. Nədir səbəb ki, orada gedib bu insanlar vuruşurlar? Bu sənəddə kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim. Devalvasiya qərarı on minlərlə insanı məhkəmədə qoyub. İndi biz bunu deməyək? Narkotika tranziti hamıya məlumdur,  hardan gəldiyini  bilirik. Polis orqanları bunun qarşısını almasaydı, yoxsa ağ ölüm bu milləti basıb yemişdi. Narkotika cəmiyyət üçün erməni təhlükəsinə  bərabərdir.  Adamlar ailə üzvlərini hardasa girov qoyub gedib ölkəyə narkotika gətirirlər. Bundan danışılmadı”.

BAHAR-1

Çıxış edən digər deputatlar da məruzəni müsbət qiymətləndirməklə  yanaşı, sənədə bir sıra iradlarını  bildiriblər.

MM sədrinin müavini Bahar Muradova isə bildirib ki, məruzə yüksək səviyyədə tərtib olunub və geniş müzakirəyə ehtiyac yoxdur.

Məruzə müzakiərlərdən sonra səsə qoyularaq qəbul olunub.

Etikxeber.az

 

Read Previous

“Deputat adını daşımaqdan böyük şərəf duymuşam”- Mehriban Əliyeva parlamentdə yekun çıxışı etdi – YENİLƏNİB (3)

Read Next

Putin Mehriban Əliyevanı təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir