Zahid Orucdan-BƏRDƏLİLƏRƏ MİNNƏTDARLIQ


Bu gün növbədənkənar parlament seçkilərində 94 saylı Bərdə kənd Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Zahid Oruc böyük fərqlə müxtəlif xarici exit-poll qurumlarının nəticələrinə görə də qalib gəlib.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı namizəd Zahid Oruc bərdəlilərə təşəkkür edib:

“Bu gün qarda, təbiətin şıltaqlığı qarşısında böyük əzmkarlıq və iradə göstərən on minlərlə insana borcluyam. Bərdəlilər tarix yazdılar ve 9 fevralı şərəfli bir dövlətçilik, etibar ve etimad gününə çevirdilər! Fədakar, müdrik ve xeyirxah bərdəlilərə xidmət etmək ən şərəfli vəzifədir. Biz hamılıqla toplanıb birlikdə dövlətimizin və qədim Bərdənin quruculuğunda, bundan sonra da prezidentimizin apardığı yeniləşmə kursunda iştirak edəcəyik! Halal qələbəyə halallıqla xidmət edəcəyik! Bərdənin qürur salnaməsi uğurla davam edəcək!”

Qeyd edək ki, bu, Z. Orucun 5-ci qələbəsidir.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

“42-lər”- KÖNÜL NURULLAYEVA, SOLTAN MƏMMƏDOV, ELNUR ALLAHVERDİYEV, BƏHRUZ MƏHƏRRƏMOV, NİGAR ARPADARAİ, KAMAL CƏFƏROV, VÜQAR BAYRAMOV…-SİYAHI

Read Next

Türkiyə XİN Azərbaycandakı seçkiləri-ALQIŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir