Zahid Orucdan mini-yubiley yazısı:”HƏYATIN MƏNA ÖLÇÜSÜ”

Əziz dostlar, nə vaxtsa,balaca bir pritça oxumuşdum.

Qısaca məzmunu beləydi: bir Allah bəndəsi gəlib Müdrikdən soruşur ki,həyatın mənası nədir?

Aqillər belə olanda mütləq bir təcrübi yolla yasamın anlamını çatdırmağa çalışirlar. Bu dəfə də belə olur.

Əvvəlcə öyrənciyə uca səslə kimisə çağırmağı tapşırırlar.

Heç nə anlamayan “tələbə” ətrafa yayılan səsini kimin yadda saxladığını öyrənmək üçün axtarışa başlayır və məlum olur ki,çox az adam ona fikir verib.

İkinci sınaq dumanlı havada ox atmaqdan ibarət olur.

Qısa bir zaman keçir və sonra gedib yoxlayırlar ki,ox bir ağacın gövdəsinə batıb qalıb.

Burda Müdrik adam həyatın mənasını axtarışda olan gəncə başa sala biləcəyini yəqin edib ona deyir-bax sənin bütün varlığınla ətrafa özünü göstərmək istəyin heç bir nəticə vermədi.

Çünki heç kəs səni xatırlamadı.

Amma atdığın bir nizənin dəydiyi ağac əməlini öz cismində qoruyub saxlayır.Ona görə,ömür bitəndən sonra yaşayan nişanə boydadır-məna ölçüsü qalan izdən ibarətdir.

Cismən olmayıb,siyasi,ədəbi və ruhi dünyası ilə bizimlə birgə yaşayanlar dediklərimizi təsdiqləyir.

Ona görə var olun,sadə və əli qabarlı Anamızın arzusunu gerçəkləşdirib,dağlardan paytaxta bizim kimi gəlmiş qar müqəddəsliyilə şəxsimizi yada salmısız.

Başqasının sevincini bölüşmək böyüklüyü hər birimizə qismət olsun!

Zahid Oruc,

Millət vəkili

Etikxeber.az

Read Previous

İran ilə Azərbaycanın dəmir yolları mart ayında birləşəcək – NAZİR

Read Next

Qanalı “Zirə”ni qane etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir