Zahid Oucun xeyrinə daha bir namizəd-GERİ ÇƏKİLDİ

94 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Zahid Orucun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili kənlərdə görüşlər keçirir, ziyalılarla bir araya gəlir, həmçinin müxtəlif ictimai müzakirələr təşkil edir və rayon ictimaiyyətilə diskussiya aparır.

Təbliğat kampaniyasi çərçivəsində sözügedən dairədən deputatlığa namizəd “Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası”nın sədri Məmmədov İbrahim Tahir oğlu öz namizədliyini Zahid Orucun xeyrinə geri götürüb və tərəfdarlarını seçkilərdə ona səsverməyə çağırıb.

Keçmiş iddiaçı özünün də artıq Zahid Orucun seçki komandasına qoşulacağını bildirib.

Bildirək ki, seçki kampaniyası başlayandan etibarən artıq ikinci şəxsdir ki, iddiasını Zahid Orucun xeyrinə geri götürüb.

Qeyd edək ki, pambıqçılıq Bərdənin həyatında çox böyük yer tutur.

Bu sahədə respublika qabaqcılı olan rayon hələ SSRİ dövründə tarixi rekorda – 126 min ton bampıq yığmaqla imza atıb.

Bərdə həmişə qabaqcıl fəaliyyəti və əmək məhsuldarlığı ilə seçilib.

Hazırda bu sahə özünün canlanma mövsümünü yaşamaqdadır.

Etikxeber.az

Read Previous

“Yazıçı yalan danışmamalıdır…” – ÇİNGİZ ABDULLAYEVDƏN ZİYAD SƏMƏDZADƏYƏ DƏSTƏK – FOTOLAR

Read Next

İlin ilk ayında 5 min 639 müraciət daxil olub-BŞTİ-YƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir