ZAKİR HƏSƏNOV: “…Əməliyyat şəraiti ordumuzun nəzarətinə keçdi…” – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

Etikxeber.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə deyib.

O, bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi. Dördgünlük şiddətli döyüşlərdə düşmən canlı qüvvədə və hərbi texnikada çoxlu sayda itkilər verərək geri çəkildi. Cəbhə və döyüş bölgəsində əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Nazir xüsusi olaraq qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı Silahlı Qüvvələrin Ali Baş Komandanının orduda həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub:

“Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi hospitalda olaraq yaralı əsgərlərlə və onların valideynləri ilə görüşməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin şəhid olmuş hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb.

Hörmətli xanım Birinci vitse-prezident, icazə verin, şəxsən öz adımdan, Silahlı Qüvvələrin şəxsi heyəti adından ordunun şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və şəxsən Sizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə dərin minnətdarlığımı bildirim”.

Etikxeber.az

Read Previous

“Ermənistanın işğalına heç vaxt dözməyəcəyik” – BİRİNCİ VİTSE-PREZİDENT- FOTOLAR

Read Next

MEHRİBAN ƏLİYEVA: “Belə qadınların yalnız belə oğulları ola bilər…” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir