“Zalım olmayın!”-TAHİR KƏRİMLİ MƏMURLARA ÇAĞIRIŞ ETDİ

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib. 

Etikxeber.az xəbər verir ki, T. Kərimli çıxışında həmin məmurları belə ailələri unutmamağa çağırıb:

“Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri düşünsünlər. Yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar. 

3000-ə yaxın cavan itirmişik. Qızlarımızı düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 7 Şəhid, daha 10 yaralı…RƏSMİ

Read Next

“Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir