“Zaman özü sübut etdi ki, Ermənistanın təklifləri utopiyadan savayı bir şey deyil” – AKADEMİK

ZİYAD SƏMƏDZADƏ: Heydər Əliyev bəyan etdi ki, konfransın Bakıda keçirilməsi Avropa Birliyi və TRASEKA proqramının iştirakçıları tərəfindən Azərbaycana göstərilən etimaddır və böyük diqqətdir

Etikxeber.az-ın müxbirinin suallarını Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə cavablandırır:

-Ziyad müəllim,  ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin süquta uğraması və yeni müstəqil dövlətlərin yaranması, o cümlədən, tarixdə ikinci müstəqilliyini qazanması ilə keçmiş ittifaq respublikalarından biri kimi Azərbaycan çox ağrılı proseslər yaşamasına baxmayaraq, bir sıra vacib və önəmli layihələrin ortaya qoyularaq, onların reallaşdırılmasına start verdi. Bunlardan biri də heç şübhəsiz ki,  tarixi, qədim və böyük “İpək Yolu”nun bərpası istiqamətində atılan addımlar idi və artıq fəxrlə qeyd etmək olar ki, Azərbaycan çətin mərhələlərdən keçərək, öz hədəflərinə əksəriyyət etibarı ilə çata bildi, o cümlədən, “İpək Yolu” layihəsi ilə də bağlı önəmli nəticələrə nail oldu. Onu da qeyd edək ki, düz 20 il öncə, 1998-ci il sentyabrında Bakı şəhərində “İpək Yolu” layihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi  etdiyi geniş və yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Bu illər ərzində İpək Yolu layihəsi ilə əlaqədar hansı işlər görülüb? Bakı sammitində qəbul edilən sənədlər necə icra olunub? Ümumiyyətlə, Bakı sammitinin Azərbaycanın iqtisadi, siyasi tarixində rolu barədə fikirlərinizi öyrənmək istərdik.

– Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsnadır. Eyni zamanda, həmin tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş və yekun çıxışları ilə yaddaşlarda qalıb. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən, Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi. Bakı sammitinin ölkəmiz üçün, onun sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşaması üçün nə qədər vacib olduğu barədə Heydər Əliyev demişdi:

heydarrrrr-111

“Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Biz tariximizi yaxşı bilirik və ona görə də cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində belə böyük beynəlxalq konfransın keçirilməsi ilk hadisədir. Doğrudur, keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər keçirilibdir. Onların əksəriyyəti Sovet İttifaqı respublikaları çərçivəsində olubdur. Respublikamızda bəzi beynəlxalq tədbirlər də keçirilibdir. Onlar da ya bəzi sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilibdir. Onların heç biri yüksək dövlət səviyyəsində olmayıbdır. Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz müstəqil dövlət kimi Bakı sammitində 32 dövlətin və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə nümayəndə heyətlərini qəbul etdik və dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın – tarixi İpək Yolunun bərpası proqramının əsasını qoyuldu”.

Heydər Əliyev bəyan etmişdi ki, konfransın Bakıda keçirilməsi Avropa Birliyi və TRASEKA proqramının iştirakçıları tərəfindən Azərbaycana göstərilən etimaddır və böyük diqqətdir.

Onu da qeyd edim ki, İpək Yolu bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürüb.  Tarixi mənbələrə görə, eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bu qeydlərə əsasən İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur. İpək Yolu üçün əsas tarixi fəaliyyət dövrləri Çində Xan sülaləsinin (b.e.ə. 206-cı il-b.e. 220-ci il), Çində Tanq sülaləsinin (b.e. 613-907-ci illər) və monqol imperatoru Xanatanın (b.e. XIII-XIV əsrlər) hakimiyyət dövrləri idi. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdılar. Sonrakı dövrlərdə monqollar İpək Yolunun Avropa-Asiya çöllərindən keçən şimal marşrutunu qorumağı öz öhdələrinə götürüblər.VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar. Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi. Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardı. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna demək olar ki, ehtiyac olmamışdı. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğradı. 300 ildən də çox bir müddətdən sonra Qədim İpək Yolunun yenidən bərpası ön plana çəkildi. Bu məqsədlə Böyük İpək yolunun bərpası işlərinə başlamaq üçün güclü strateji əsas oldu.

Böyük İpək Yolunun əssını Avropa İttifaqının (Aİ)  yeni müstəqil dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində “TRASEKA” lahiyəsi təşkil edir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib və  “Yeni ipək yolu” adı ilə tanınır. Çox sevindirici və qürurverici bir haldır ki, o zaman imzalan sənəd quru kağız üzərində də qalmadı, reallıqda öz təsdiqini və həllini tapıdı.

Dünyada düşünən insanlar tərəfindən qəbul edilən bir həqiqət var: Bəşər sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmişə çox böyük rol oynayaraq, həyatın bütün sahələrinə- siyasətə, iqtisadiyyata,mədəniyyətə təsir göstərib və bunun parlaq nümayəndələrindən və rəmzlərindən biri də bir çox ölkələrin və xalqların minillik tarixini, Şərqin qədim mədəniyyətini, avropalıların böyük coğrafi kəşflərini, orta əsr müsəlman intibahının nailiyyətlərini və bir sıra digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük İpək yoludur.

–  Konfransda Heydər Əliyev başda olmaqla, çıxış edən nüfuzlu dövlət və hökumət baçıları tərəfindən Brüssel bəyannaməsinə geniş şəkildə toxunulurdu. Odur ki, həmin Bəyannamənin məğzi və ümumiyyətlə,  Brüssel konfransı barədə fikirlərinizi elə bu məqamda öyrənmək istərdik…

– Azərbaycanı TACIS və TRACECA Proqramları üzrə Milli Koordinator kimi mən təmsil edirdim. Həmin konfransda çıxışım zamanı bildirdim ki, iştirak etdiyimiz görüş təkcə ayrı-ayrı ölkələrin, həmçinin bütöv regionların, Avropa İttifaqının (Birliyinin) iqtisadiyyatında vacib rol oynaya biləcək hadisədir. Yəni, hesab edirdik ki,  yeni müstəqil dövlətlərin iqtisadi, siyasi müstəqilliyinin qorunması, onlarda yeni iqtisadi sistemin formalaşması xüsusi əhəmiyyət kəsb edir və bütün bu məqsədlərə nail olmaq üçün həmin layihələrin istiqamətləndiyi inkişaf etmiş çoxnövlü nəqliyyat şəbəkəsinin yaradılmasını zəruri edir.

Konfransın sonunda qəbul edilən tarixi Bəyannamədə Avropa İttifaqı ilə yeni müstəqil dövlətlər arasında nəqliyyat sektorunun tarazlı inkişafını, onlara TRACECA proqramı çərçivəsində texniki yardımın məzmununu müəyyən etmək məsələləri öz əksini tapdı.  Eyni zamanda Bəyannamədə qeyd edildi ki, bu görüş zamanı iştirakçı ölkələrin nümayəndələri bir sıra təkliflər verdilər, nəqliyyat və tijarət sahəsində daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.

ekon_ipek_1998 (1)

Bakı sammitinin açılışı zamanı Heydər Əliyev demişdi:

“Konfransımız yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa İttifaqının (Birliyinin) göstərdiyi səmərəli səylərin nəticəsidir.“Brüssel  Bəyannaməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olmuşdur. TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa İttifaqı (Birliyi) Komissiyasının və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığımızın konkret müsbət nəticələri daha genişmiqyaslı layihələr işlənib, hazırlanmasına təkan vermişdir. Tarixi böyük İpək Yolunun bərpası bu layihələr arasında başlıca yer tutur.

O vaxtdan 5 il keçmişdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş və böyük beynəlxalq təşkilata çevrilmişdir. Bu gün Azərbaycanda, bəlkə də, onun tarixində, daha dəqiq desək, dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq, belə bir beynəlxalq konfrans keçirilmiş, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda toplaşmışlar. Biz bunu müstəqil, suveren Azərbaycana, ölkəmizə böyük hörmət kimi qəbul edirik və bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik”-deyən, dövlət başçısı giriş çıxışının sonunda bildirirdi ki, Bakı konfransı bizləri daha da yaxınlaşdırıdı, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşmaya, dostluğa çağırdı.

-Ziyad müəllim, məlumdur ki, belə bir konfransın keçirilməsi zərurəti meydana gəldiyi zaman onun harada keçirilməsi də müzakirə olunmuşdu…

– TRASEKA proqramında iştirak edən ölkələrin, şübhəsiz ki, hər biri belə bir konfransın öz ölkəsində çağrılması arzusunda olmuş və namizədliyini vermişdi. Azərbaycan da belə bir konfransın Bakıda keçirilməsi təklifini irəli sürmüşdü. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, bu, çox məsuliyyətli, çətin işdir. Ermənistan-Azərbaycan münaqişəsi mövcud olduğu bir zaman belə böyük eynəlxalq konfransın Azərbaycanda keçirilməsi bizim üzərimizə həm çox vəzifələr və həm də böyük məsuliyyət qoyur. Ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA proqramında iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə razılıq vermiş və bu tədbirlə bağlı qərar qəbul edilmişdi…

ekon-4

TRASEKA proqramının reallaşmasında Azərbaycan dövlətinin,  müstəqil Azərbaycanın qurucusu və memarı, böyük öndər Heydər Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir. Məhz onun qətiyyəti və böyük, yenilməz iradəsi sayəsində bir sıra önəmli layihələr kimi, bu layihə də gerçəkliyə çevrilə bildi.

Bir daha qeyd etmək istərdim ki, həm məlum İpək Yolunun bərpası layihəsinin gerçəkləşməsi, həm də Bakı konfransının baş tutması üçün Heydər Əliyevin xidmətləri sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyükdir. Buna sözlər, kəlmələr belə yetməz. Böyük natiqlik qabiliyyətinə və istedadına malik olan dahi öndərin çıxısı tarix səhiflərinə qızılı hərflərlə həkk olunacaq, yaddaşlardan, hafizələrdən silinməyəcək bir çıxış idi. Heydər Əliyev çıxışnda”Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar  iqtisadiyyatı islahatlarının uğurla aparılması  üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcək.Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir -birimizə hörmət bəsləyərək və bir- birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımız firavanlığa və tərəqqiyə gətirib çıxaracaq”-deyərək, konfransın bütövlükdə həfədlərinin nədən ibarət olduğuna tam aydınlıq gətirdi və gələcək perspektivlər, gələcək əmkdaşlıq üçün bir “Yol xəritəsi” çızmış oldu…

-Ziyad müəllim, qeyd etmək yerinə düşər ki, həmin beynəlxalq konfransda digər ölkələrin də dövlət və hökumət başçıları, həmçinin, bir sıra beynəlxalq qurumların, ən əsası Avropa İttifaqının (Birliyi) nümayəndəsi geniş çıxış edərək, önəmli mesajlar vermişdilər…

– Həqiqətən də, Bakı konfransı cox tarixi, çox unikal, illərlə deyil, bəlkə də əsrlərlə xatıralanacaq, üzərinə qayıdılacaq, tez-tüz istinad olunacaq bir konfrans idi. Və onu da xatırlatmaq yerinə düşərdi ki,  Bakı konfransında dünyanın çox nüfuzlu ölkələrinin dövlət və hökumət başçıları, yüksək çinli məmurları iştirak edirdi. Konfransa Türkiyənin prezidenti Süleyman Dəmirəl,  Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnazde, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Ukraynanın sabiq prezidenti Leonid Kucma qatılmışdı. Həmçinin, Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin, Yaponiyanın baş naziri cənab Obuti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Toni Bleyer, Qazaxıstanın prezidenti cənab Nazarbayev özləri iştirak edə bilmədiklərinə görə məktublar göndərmişdilər.

ekon-3

Məsələn,  Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku çıxışında bildirdi ki,  çox böyük coğrafi regionda sivilizasiyanın geniş inkişafı baxımından iqtisadi və siyasi gələcəyə həlledici təsiri ola biləcək beynəlxalq konfransa toplaşılıb. O, konfransın gözəl təşkil olunmasına görə, şəxsən prezident Heydər Əliyevə, Gürcüstana, habelə bu təşəbbüsə maraq göstərdiyinə və xeyli dəstək verdiyinə görə Aİ-yə təşəkkürünü ifadə etdi. Rumıniya prezidenti vurğuladı ki,  bu layihədə Rumıniya iştirakının bəzi aşkar üstünlükləri var coğrafi baxımdan, Rumıniya Bakı-Tbilisi-Poti dəhlizinin, sonra isə Qara dənizdən keçən marşrutun təbii davamıdır, Avropa marşrutlarının mühüm qovuşuğunda yerləşir.

“Rumıniya Şimal dənizindın başlayıb Reyn və Dünay çaylarından keçən yeddinci Avropa dənizinin Qara dənizə çıxışını təmin edir. Berlin-İstanbul marşrutu üzrə Şərqdən Qərbə, Skandinaviya yaradılması – Baltik dənizi – Egey dənizi marşrutu üzrə Şimaldan Cənuba tərəf edən Avrasiya iqtisadi dəhlizləri də Rumıniyadan keçir”-deyə, əlavə etdi.

Rusiya nümayəndə heyətinin başçısı Yevkin Kazantsev isə çıxışında bildirdi ki, 90-cı illərdə Avropa ilə Asiya ölkələrinin siyasi və iqtisadi həyatında baş vermiş köklü dəyişikliklər onların nəqliyyat sahəsində dövlət siyasətini dəqiqləşdirmək və xarici ticarət yüklərinin nəqlinin qarşılıqlı surətdə məqbul marşrutlarını yaratmaq məqsədi ilə birgə səylərini əlaqələndirmək zərurəti doğurdu. Onun qeyd etdiyinə görə, yeni nəqliyyat dəhlizinin- TPACEКА dəhlizinin yaradılması nəinki bu marşrutun keçdiyi dövlətlər üçün, həm də həmsərhəd ölkələr üçün mühüm hadisədir.

İspaniya mümayəndə heyətinin başçısı səfir Xesus Atiensa Sernan çıxışında bildirdi ki, Aİ-nin və  Avropa komissiyasının nümayəndə heyətləri birliyin üzvlərinin ümumi mövqeyini bu konfransda artıq elan etdilər və onlar kimi, İspaniya da konfransın başlıca məqsədini tamamilə dəstəkləyir: bu məqsdə isə Avropa – Qafqaz –Asiya dəhlizinin inkişaf etdirilməsi vasitəsilə İpək yolunun dirçəldilməsi üçün əsaslar yaradılmasından ibarətdir. O, qeyd etdi ki, əfsanəvi  İpək yolu Avropa ilə Asiya arasında iqtisadi inkişaf və mədəni mübadilələr üçün zəmin yaradıb.

“Biz belə düşünürük ki, konfrans mədəniyyətlərarası əməkdaşlığın bu misilsiz nümunəsini öz rəmzi kimi qəbul etməklə çox düzgün iş görmüşdür.Bu gün biz qarşılıqlı asılılıq şəraitində yaşayırıq və bu asılılıq bizi yeni  enerjini səfərbərliyə almağa  və ondan konstruktiv şəkildə istifadə etməyə çağırır.Biz belə bir faktı xüsusilə alqışlayırıq ki, bu konfrans öz diqqətini  Avropa ilə Asiya arasında Qafqaz və Qara dəniz vasitəsilə daşımalar problemi üzərində cəmləşdirmişdir. Oxşar və səmərəli nəqliyyat sistemi iqtisadi inkişaf üçün eyni zamanda həm zəruri şərtdir, həm də stimuldur”-deyə, səfir sonra bildirdi.

Tacikistanın nümayəndə heyətinin başçısı İsmət Eşmirzəyev çıxışında söylədi ki, onlar Xəzər dənizi və Mərkəzi Asiya regionundakı zəngin təbii ehtiyatların istismarı sahəsində beynəlxalq əməkdaşlıq baxımından Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini xüsusi vurğulayır, Avrasiya inteqrasiyasının formalaşmaqda olan arxitekturasında regionun xüsusi rolunu və yerini qeyd edərək, region ölkələrinin beynəlxalq ticarət və nəqliyyat sistemləri ilə daha sıx inteqrasiyaya yönəldilmiş səylərini dəstəkləyirlər.

O, “Biz yüklərin və enerji daşıyıcıların dünya bazarlarına nəqli üçün mövcud nəqliyyat infrastrukturlarının bərpası, yaxşılaşdırılması və optimallaşdırılması sahəsində əməkdaşlığın genişlənməsinə və yeni, tamamlayıcı nəqliyyat  infrastrukturları yaradılmasına yardım göstərilməsinə tərəfdarıq”-deyə, fikirlərini tamamladı.

ekon-2

Qardaş və dost Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl də tədbirdə geniş çıxış etdi və bildirdi ki, Bakı belə görüş üçün çox münasibdir, çünki dünyanın bu bölgəsi və Bakı həmişə Qərb ilə Şərq arasında birləşdirici məntəqə rolu oynayıb.

“Bununla əlaqədar qardaşım, Azərbaycan prezidenti Heydər Əliyevin konfransımızın çağrılması üçün göstərdiyi səyləri bir daha yüksək qiymətləndirmək şəxsən ona və respublika hökümətinə, bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istərdim”-deyən, Türkiyə prezidenti bildirdi ki, çağdaş dünya bizdən birləşməyi və uğurla yaşamaq və əməkdaşlıq etmək üçün daha böyük səmərəli səylər göstərməyi tələb edir. Dəmirəlin qeyd etdiyinə görə, bununla əlaqədar Xəzər dənizi regionun vahid sistemlərinə uğurla qovuşmağımıza imkan verəcək.

Sabit iqtisadi inkişaf üçün xüsusi səylər göstərməli, bir-birimizlə bazar münasibətlərinin uğurlu inkişafı əsasında işləməliyik.Cənab sədr tarixə üz tutaraq demək istərdim ki, bizim bölgə siyasi baxımdan Qərb ilə Şərq arasında, Avropa, Asiya və Çin Rusiya, Aralıq dənizi arasında, Mərkəzi və Şərqi Avropa arasında əlaqələrin yaradılmasında çox böyük rol oynamışlar. Onlar təkcə iqtisadi əlaqələr deyil, həm də mədəni əlaqələr olmuş, bu ölkələrin və xalqların həyatında önəmli rol oynamışlar.Bununla bağlı söhbət gedən lahiyəyə müraciət edərək demək istərdim ki, onun uğurla həyata keçməsi sülhə, xalqların tərəqqisinə kömək edəcəkdir. Biz bununla əlaqədar Avropa, Qara dəniz hövzəsi, Qazqaz və Asiya ölkələri arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk və demək istərdim ki, mən Avropa Birliyin TPACEKA proqramını reallaşdırmaq səylərini bütövlüklə və tamamilə dəstəkləyirəm”-deyə, Dəmirəl çıxışı zamanı sözlərinə əlavə etdi.

Ukrayna prezidenti Leonit Kuçma da çıxışında əminliyini ifadə etdi ki, konfrans nəinki Böyük Ipək yolunun dirçəldilməsi istiqamətində mühüm addım olacaq, həm də onun üstündə yerləşən dövlətləri dünya iqtisadiyyatına qoşmaq üçün, hərbi qarşıdurma təhlükəsini azalatmaq üçün yeni imkanlar yaradacaq.

ekon-6

Özbəkistan prezidenti-mərhum İslam Kərimov çıxşında bildirdi ki, ölkəsi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas sazişdə əksini tapmış əsas müddəaları və beynəlxalq avtomobil, dəmir yol nəqliyyatı, ticarət gəmiçiliyi, gömrük qaydaları və sənədlərin hazırlanması üzrə bu sazişə aid texniki əlavələri dəstəkləyir. O, həmçinin, bu fikirdə olduğunu söylədi ki, həmin müddəaların həyata keçirilməsi, hökümətlərarası Komissiya yaradılması, iştirakçı ölkələrin ərazilərində nəqliyyatın bütün növləri ilə malların və sərnişinlərin sərbəst hərəkətinin təmin edilməsi, hərəkətin təhlükəsizliyi və yüklərin salamat saxlanması, gömrük qaydalarının və nəqliyyat sahəsində hüquqi normaların uyğunlaşdırılması dövlətlərimiz üçün həyati əhəmiyyətli millətlərarası nəqliyyat dəhlizi yaratmağa yeni təkan verəcək.

“Biz belə bir fikrə tamamilə şərik çıxırıq ki, yaradılmaqda olan daimi katibliyi  Bakı şəhərində yerləşdirmək məqsədəuyğundur. Bu, TPACEKA layihəsinin həyata keçirilməsində iştirak edən bütün ölkələrlə daha səmərəli əlbir fəaliyyət göstərməyə, cari məsələlərin həllinin operativliyini təmin etməyə imkan verər.Biz “TPACEKA” Bankı yaratmaq ideyası da alqışlayır və onu TPACEKA marşrutunun yenidən qurulmasına və inkişafına yönəldilmiş konkret investisiya layihələrini həyata keçirmək üçün maliyyə vasitələri axtarmağın və cəlb etməyin təsirli mexanizmi kimi qiymətləndiririk”-deyə, Kərimov fikirlərini tamamladı.

Avropa Komissiyası nümayəndə heyətinin başçısı Fransuya Lyamuren cıxışında bildirdi ki, Bakı konfransəı əməkdaşlığın inkişafında əslində təməl daşı rolunu oynadı. O, dedi ki, Avropa Komissiyası TPACEKA  proqramında iştirak edən ölkələrin beynəlxalq nəqliyyata dair çoxsahəli saziş imzalamaq təşəbbüsünü alqışlayır və midvardır ki, həmin saziş bu gün imzalanacaq. Çıxışı zamanı həmçinin vurğuladı ki, TPACEKAproqramında iştirak edən ölkələrin əməkdaşlığı sabitlik, təhlükəzislik və tərəqqini möhkəmlətmək vasitəsi kimi qiymətləndirilməlidir və proqramının həyata keçirilməsinin əsas məqsədi nəqliyyat sistemi, infrastruklar və daşıma sistemləri yaradılmasından, bu sistemləri Transavropa şəbəkələri ilə birləşdirmək ibarətdir.

ekon-5

Gürcüstan prezidenti-mərhum Eduard Şevardnadze də öz növbəsində bəyan etdi ki, TPACEKA layihəsi özünün reallaşdırılması üçün yeni güclü təkan alacaq, o, həm də özünün həyata keçirilməsinin içtirakcı ölkələr tərəfindən yüksək səviyyədə formalaşdırılmış hüquqi əsasını alacaq və bütün bunlar belə deməyə imkan verəcəkdir ki, Avrasiya məkanında daha bir sabitlik və inteqrasiya mərkəzi yaranır. Gürcü lideri diqqətə çatdırdı ki, Yeni İpək yolu daha ritorika deyil, bu, çoxtərəfli mənafelərin ahəngdar şəkildə uzalaşması qarşılıqlı surətdə nəzərə alnması və bunlara eyni şəkildə hörmət edilməsi ideyası və tərzidir, bu, üzdəniraq “böyük oyun”un vəhşi qaydaarını dünya praktikasından sıxışdırıb çıxaran vahid bir komandanın rəmzidir.

“Nəhayət, bu, xalqaların tarixi əməkdaşlıq magistralı haqqında aktual yaddaşdır və müharibələr, münaqişələr həmin əməkdaşlığı dayandıra bilməmişdir”-deyən, Şevardnadzenin eyni zamanda bildirdiyinə görə, Bakı, Azərbaycan, onun tanınmış lideri prezident Heydər Əliyev Bakı sammitinin baş tutması, Yeni İpək Yolunun Bakı sazişinin  bağlanması və imzanlanması üçün mümükün olan hər şeyi, bəzən mümükün olmayanları da edib…

-Yuxarıda da xatırladıldığı kimi, kofransda çıxış edən dövlət və hökumət başçıları tərəfindən önəmli fikirlər səsləndirildi. Həmin fikirlər həyatda, reallıqda, necə, əksini tapdımı?

-Bilirsiniz, dövlət və hökumət başçılarının səsləndirdikləri fikirlərin arxasında, əsasında həm də dövlət durur. Onlar təkcə şəxslər, siyasətçilər, liderlər tərəfindən deyilən fikirlər deyil, həm də dövlətin adından deyilən sözlərdir, dövlətin mövqeyidir. Odur ki, Bakı konfransında dövlət və hökumət başçılarının çıxışlarında səslənən fikirlər, xoş və səmimi sözlər, isti mesajlar həm də onların təmsil etdikləri dövlətlərin mövqeyi idi və çox sevindirici haldır ki, onlar da özünü reallıqda göstərdi. Yəni, Bakı konfransın əməkdaşlığın, tərəfdaşlığın yeni mərhələsinin əsasını qoydu. Eyni zamanda, bu konfrans Azərbaycanın beynəlxalq aləmə açılmasında, özünü təqdim etməsində mühüm bir həlqəni təşkil etdi. Azərbaycanın illərdir üzləşdiyi, məruz qaldığı informasiya müharibəsini öz xeyrinə dəyişməkdə önəmli bir funksiyanı icra etmiş oldu…

-Bakı sammitində imzalanan sənədlər barədə nə deyə bilərsiniz?

-Konfransda da üç sənəd imzalandı. Birincisi – “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” və onun texniki əlavələri, ikincisi – Bakı bəyannaməsi, üçüncüsü – tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransın yekun rəsmi məlumatıdır.  Bu sənədlər də cürbəcür imzalanıb. Belə ki,  birinci sənəd 14 dövlət tərəfindən imzalanıb. Bakı bəyannaməsi çox dövlətlər tərəfindən imzalanıb.  Üçüncü sənəd – yekun rəsmi məlumatı 29 dövlətin və Aİ-nin nümayəndə heyətləri tərəfindən imzalanıb. Konfransın yekunları, Azərbaycan respublikasının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq da o zaman dövlət başçısı Heydər Əliyev tərəfindən müvafiq fərman imzalandı. Həmin fərmanda da respublikamızın, ölkəmizin hökumət, dövlət orqanları tərəfindən görüləcək işlərin hamısı müəyyən edildi.

Bakı sammitində  iştirakçı ölkələrin nümayəndələri aşağıdakı məsələlər barədə fikir birliyinə nail oldular: beynəlxalq daşınmalar, ticarət və müvafiq qaydalara dair məsələlərin razılaşma yolu ilə həll olunmasını təqdir edirlər; bu məsələlərə dair qərarların hamı tərəfindən qəbul edilmiş beynəlxalq konvensiyalara və qaydalara uyğun olması barədə fikirlərin üst-üstə düşdüyünü bildirirlər;  beynəlxalq tijarətin inkişafında ümumi maraqlarını təsdiq edirlər;  beynəlxalq tijarətin genişləndirilməsi üçün əsas ilkin şərtləri yaradan müvafiq hüquq və tijarət islahatlarının həyata keçirilməsində təjili zərurəti etiraf edirlər; onların joğrafi mövqelərini nəzərə almaqla,tranzit daşınmaların potensialını yüksəltməkdə  maraqlı olduqlarını bəyan edirlər; nəzərə alırlar ki, kommersiya aspektləri bazar iqtisadiyyatı şəraitində nəqliyyat xidmətləri üçün mühüm rol oynayır; qonşu ölkələrin tranzit yüklərini keçirmə imkanlarını nəzərə alaraq, yüksək keçirmə qabiliyyəti olan etibarlı nəqliyyat yollarının inkişafının zəruri olduğunu qeyd edirlər.

Bakı sammitində yüksək səviyyəli nümayəndələr tərəfindən edilən çıxışların əksəriyyətində qarşıdakı dövrdə Qədim İpək yolunun səmərəli fəaliyyəti üçün nəqliyyat sisteminin və onlarla bağlı kommersiya xidmətlərinin inkişafı üzrə regional əsasda əməkdaşlığı genişləndirilməsi, regional əsasda, həmçinin Avropa Birliyi ilə əməkdaşlıqda qarşılıqlı əməkdaşlıq yolu ilə beynəlxalq tijarət və nəqliyyat sahəsində öz işlərini, planlarını və tədbirlərini koordinasiya olunması;  “nou-xau” və regional nəqliyyat və ticarət məsələləri üzrə təcrübə mübadiləsinin aparılması; ticarət və nəqliyyata dair əsas beynəlxalq konvensiyaları və hüquqi sazişləri qəbul etmək üçün işlərin sürətləndirilməsi; ticarət və beynəlxalq tranzit daşınmalar, həmçinin texniki normalar və standartlar sahəsində öz qaydalarının, sənədlərinin və prosedurlarının razılaşdırılmasını təmin etmək kimi vacib amillər diqqət mərkəzində saxlanılmalıdır (hökumətlərin fəaliyyətində prioritet istiqamət kimi qiymətləndirilməlidir).

– Ziyad müəllim, cox maraqlıdır ki, Bakı konfransından cəmi bir neçə gün sonra həmin tədbirə həsr olunmuş müşavirə keçirildi məhz Heydər Əliyevin sədrliyi ilə…

-Çox yaxşı oldu ki, bunu da xatırlatdınız. Çünki tarix üçün çox vacib bir məsələdir. Dövlət başçımız müşavirəni açaraq bildirdi ki, iştirakçıları məhz sentyabrın 7-8-də Bakıda, Azərbaycanda keçirilmiş beynəlxalq konfransın yekunları ilə əlaqədar dəvət edib. Bunun davamı olaraq da belə bir söz söylədi ki, heç şübhəsiz beynəlxalq konfransın yekunları bundan sonra çox ətraflı və geniş müzakirə olunmalıdır, xüsusən onun qəbul etdiyi qərarlar, yəni imzalanmış sənədlər həyata keçirilməlidir.

Bu çıxışlar bir daha göstərir ki, Bakıda keçirilmiş, qədim tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın qəbul etdiyi qərarlar, yəni imzalanmış sənədlər nə qədər böyük əhəmiyyətə malikdir.

Çıxışında ulu öndər onu da diqqətə çatdırdı ki, ölkə iqtisadiyyasında görülən hər bir iş və aparılan tədbirlərin hamısı göz qabağındadır və bu basxımdan hesab edir ki,  görülən işlər çox peşəkar səviyyədə aparılır.

“Bu, Avropa Birliyi və İqtisadi Komissiya ilə bizim əməkdaşlığımızın bir hissəsidir. Ancaq TRASEKA proqramı əsasında Avropa Birliyinin yardımı ilə Azərbaycanda bir çox işlər görülübdür və bundan sonra da görülür. Bu, təkcə Azərbaycan üçün deyildir. Bu, Azərbaycandan keçən nəqliyyat xəttinin TRASEKA proqramının həyata keçirilməsindən ötrü lazımi səviyyəyə gətirilməsi üçündür. Məsələn, Poylu körpüsü Avropa Birliyindən alınmış 2 milyon doollar vəsait hesabına bərpa olundu. Dəmir yolunda da müəyyən işlər görülür. Yəni bunlar kredit deyildir, bu işlərin görülməsi üçündür. İşğaldan azad olunmuş ərazilərdə , – Füzuli rayonunun işğaldan azad edilmiş qəsəbə və kəndlərində bərpa işləri aparılmasına da Avropa Birliyi yardım edir”-deyən, Heydər Əliyev Avropa Birliyi ilə bizim əməkdaşlığımız ğurludur və bu yardımlar Azərbaycanın problemlərinin həll edilməsinə sərf olunur və bundan sonra da sərf olunacaqdır. Bizim əməkdaşlığımızın məhz belə – həm səmimi, həm də uğurlu olması nəticəsində də TRASEKA proqramının inkişaf etdirilməsi və Böyük İpək Yolunun bərpa edilməsi mövzusu Avropa Birliyinin İqtisadi Komissiyasında bir neçə dəfə müzakirə olunmuş və belə bir konfransın keçirilməsinin zəruriliyi bildirilmişdir. Mən bunu konfransda demişəm. TRASEKA proqramı qəbul ediləndən sonra işçi qrupları bir neçə dəfə görüşüblər və bu proqramın həyata keçirilməsi hər dəfə müzakirə olunubdur. Qeyd edim ki, imzalanan əsas sənəd, saziş – “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxətraflı saziş” və onun texniki əlavələri bir neçə ay, bəlkə də bir il müddətində hazırlanmışdır.

Dövlət başçısı eyni zamanda çıxışında onun sərəncamı ilə 1998-ci ilin  iyun ayında yaradılmış komissiyaya baş nazir Artur Rasizadə rəhbərlik etdiyini bildirdi və qeyd etdi ki, komissiya sədrinin başçılığı ilə komissiya üzvlərinin hamısı çox iş görüblər.

“Ona görə də mən komissiyanın sədri, Baş nazir Artur Rasizadəyə və komissiyanın bütün üzvlərinə təşəkkür edirəm. Komissiyanın üzvlərindən Abid Şərifovun da xidmətini xüsusi qeyd edirəm. Çünki Baş nazirdən əlavə, TRASEKA proqramı ilə bizim Nazirlər Kabinetində o məşğul olmuşdur, bütün işçi qrupunun keçən görüşlərində iştirak etmişdir və Avropa Birliyi ilə bilavasitə əlaqələr saxlamışdır. Mən Abid Şərifovun xidmətini xüsusi qeyd edirəm. Təbiidir, bu komissiyanın üzvlərinin hərəsi öz sahəsini təmin edibdir və hər biri mənim təşəkkürümü alır. Amma komissiyanın üzvlərindən başqa, Prezident Aparatının işçiləri də çox işlər görmüşlər. Komissiyanın üzvü olaraq şəhər icra hakimiyyəti aparatı çox işlər görmüşdür. Bizim hüquq-mühafizə orqanları bu konfransın işinin təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün çox işlər görmüşlər. Nümayəndə heyətlərinə təhkim olunmuş şəxslər də öz vəzifəsini yerinə yetirmişlər. Bu gün buraya dəvət olunanların hər biri bu və ya digər miqdarda, səviyyədə bu işlərdə iştirak etmişdir. Ona görə də mən konfransın hazırlanmasında, keçirilməsində iştirak etmiş bütün şəxslərə təşəkkür edirəm və hamını bu konfransın uğurlu keçməsi münasibətilə təbrik edirəm. Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir”-deyə, Heydər Əliyev çıxışını və  minnətdarlığını bu sözlərlə, bu tarixi kəlamlarla yekunlaşdırdı.

Artur Rasizadə: Cənab prezident, komissiyanın ünvanına dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Əsas həqiqət ondan ibarətdir ki, beynəlxalq konfransın hazırlanması, keçirilməsi, orada qəbul olunmuş sənədlər ilk növbədə Sizin uğurunuzdur. Bu beynəlxalq konfrans Sizin adınızla bağlıdır. Səkkiz ölkənin prezidentlərinin də Azərbaycana gəlməsi onların Sizə olan hörmətinin və apardığınız siyasətin nəticəsidir. Cənab prezident, bütün bunlara görə Sizi bir daha ürəkdən təbrik edirik.

Beynəlxalq konfransın başqa ölkələrdə keçirilməsi məsələsi qarşıya çıxmışdı. Cənab prezident, məhz Siz konfransın Bakıda keçirilməsinə nail oldunuz. Hər bir xırda və böyük məsələ cənab prezıdentin nəzarəti altında idi. Bunun nəticəsində konfrans həqiqətən də çox böyük uğurla başa çatdı.

– Qeyd edək ki, konfransa qatılanlar arasında “8-lər”-in təsisçilərindən, yəni, Brüssel Bəyannaməsini imzalayan dövlətlərdən biri, eyni zamanda, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın  o zamankı baş naziri Armen Darbinyan vardı. O da konfransda geniş çıxış da etmişdi…

– Bəli, düz xatırlatdınız, konfransda iştirak və çıxış edənlər arasında Ermənistanın keşmiş baş naziri də vardı. Açığı, onun çıxışı müəmmalı və daha çox da prosesə töhfə vermək deyil, proses ətrafında gərginliyi artırmaq məqsədli idi. Çünki onun çıxışında səsləndirdiyi tezislər və təkliflər çox qaranlıq və elə ilk başlanğıcdan həlli mümkün olmayan tezislər və təkliflər idi. Konkret faktlara müraciət edək. Məsələn, o, təklif edirdi ki,  Gürcüstanın Batumi və Poti limanlarından başlayıb Yerevandan keçərək Naxçıvana, oradan isə İran Culfasından keçib Tehrana və sonra MərkəziAsiya və İran körfəzi ölkələri istiqamətində gedən dəmiryol marşrutu olsun. Və yaxud, təklif edirdi ki, Türkiyənin Qars şəhərindən  başlayıb Ermənistanın Gümrü şəhərindən keçərək Tibilisiyə gedən yüzillik dəmir yolunun bərpa edilsin.  Həmçinin, təklif edirdi ki, Yerevan-Tibilisi avtomagistralı çəkilsin və bununla  Ermənistanın avtomobil yollarının Tibilisidən başlayıb Xəzər dənizi limanları vasitəsilə Asiyaya gedən yollarla birləºdirilməsi mümkünləşsin və sair.

heydar-95

Ancaq ötən 20 illik dövr, zaman özü göstərdi və sübut etdi ki, Ermənistan tərəfindən səsləndirilən təkliflər utopiyadan, xəyallardan savayı bir şey deyil. Həm də ötən dövr, 20 illik zaman kəsiyi göstərdi ki, işğalçılıq, təcavüzkarlıq siyasətinin axırı yoxdur, bu, əslində həmin ölkənin özünün ziyanınadır. Yəni, Azərbaycan razılğı, icazəsi və iştirakı olmadan bu bölgədə, bu regionda heç bir qlobal, transmilli  layihənin gerçəkləşməsi mümkün deyil. Yalnız və yalnız Azərbaycanın iştirakı və icazəsi  sayəsində bu regionda istənilən layihə uğurla gerçəkləşdirilə bilər və necə ki, gerçəkləşdirildi də, gerçəkləşdirilməkdədir də… “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars”, Cənub Qaz Dəhlizi, TANAP kimi dünya əhəmiyyətli layihələr məhz Azərbaycanın xeyir-duası, razılığı və iştirakı ilə reallığa çevrildi…

qars-1

tanappp

ilham-cenub

ER-İLYA

Elə bu yerdə  Azərbayca prezidenti İlham Əliyevin 2017-ci ilin 19 yanvar tarixində Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasda çıxışına, daha doğrusu, ona ünvanlanan suallara verdiyi tarixi cavablara toxunmaq istərdim. O, suallardan birinə cavab olaraq, qeyd etdi ki, əvvəla, İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik, yəni, regionda etibarlı siyasi münasibətlər olmazsa, biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq.  Dövlət başçısı vurğuladı ki,  Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur.

mey-ilya

and-ilya

ruhani-ilyaa

kirqiz-ilya-yeni-1

soci-ilya-1

kolinda-ilya-2

dtx-ilya

HEYDAR-İLHAM

Azərbaycan prezidenti sonra fikirlərinə davam edərək “Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaq və onlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik…”-deyə, bəyan etdi…

park-ilya-2

xazar-ilya-4

xazar-ilya

kirqiz-ilya-8

…Və həmin çıxışın üzərindən cəmi bir neçə ay keçdikdən sonra orada deyilənlər (yuxarıda da qısa şəkildə şəkildə xatırladılan məqamlar) hamısı  həyatda, reallıqda öz əksini tapdı:  2017-ci ilin oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi.

Dövlət başçısı çıxışında bir daha  bildirdi ki, “Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir…”.

Bundan cəmi bir neçə ay sonra, yəni, bu ilin may ayının 14-də İlham Əliyevin iştirakı ilə  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.  Dövlət başçısı buradakı çıxışında da bir cox önəmli məqamlara toxunaraq, fikirlərini bu tarixi kəlmalarla yekunlaşdırdı:

“…Biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük…”.

202

1488451229_ziyad-s-str-7-8

Bunları genişliyi ilə xatırlatmaqda məqsədim odur ki, Azərbaycan, dövlət rəhbəri nəyi deyirsə, nəyə söz verirsə, onu da edir, reallaşdırır, gerçəkliyə çeviriri. Ermənistan isə ötən illər ərzində  elə hey “xəyal etdikləri”nin, həmçinin, 20 il öncə Bakıdakı “xəyalları”nın  hələ də “xoş xülyaları” ilə yaşamaqdadır. Yaşasınlar, özləri bilər, nə deyə bilərik ki (gülür)… Ancaq reallıq və faktlar hər şeyi ortalığıa qoyur… Yəni, Ermənistan və ermənilər  məhz qeyri-konstruktiv, destrktiv fəaliyyətlərinə görə Azərbaycan tərəfindən bütün layihələrdəın kənarda saxlanılıblar. Çünki burada haqlı olan Azərbaycandır və Azərbaycanın da sözü keçir. Dünya Ermənistanla deyil, məhz Azərbaycanla məsləhətləşir, razılaşır. Bunlar həm də Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin nə qədər uzaqgörən və müdrik lider, dövlət və siyasət adamı olmasının əyani ifadəsidir. Məhz bu iki nəhəng şəxsiyyətin sayəsində Azərbaycan bu zəfərlərə, bu nailiyyətlərə nail oldu və bu zəfər, bu uğur xətti bu gün də uğurla davam etməkdədir…

Bu gün artıq bizləri Bakı konfransı və ona həsr olunmuş müşavirədən 20 il ayırır. Bu illər Azərbaycanın inkişaf, quruculuq, çiçəklənmə, tərəqqi illəri olub. Düzdür, 1991-93 və 1994-95-ci illərdə, müstəqilliyimizin ilk illərində böyük gərginliklər, böyük sıxıntılar yaşansa da, ondan sonrakı illərdə Azərbaycanda əsl inkişaf, intibah mərhələsi yaşanmağa başlandı. Azərbaycan nəinki bölgənin, dünyanının lider dövlətlərindən birinə çevrildi. Ölkəmiz dünyanın milli və dini tolerantlıq mərkəzi kimi dünyaya səs saldı. Bu gün dünyada milli və dini tolarentlıq məsələsi ilə bağlı Azərbaycan modeli mövcuddur. Bu illər ərzində Azərbaycan siyasi, iqtisadi, mədəni, humanitar və hərbi dialoq məkanına, mərkəzinə çevrildi. Ölkəmiz Birinci Avropa Oyunlarına, “Eurovizion” mahnı yarışmasına, dördüncü İslamiadaya uğurlu evsahibliyi etdi. Həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 10 ildir ki, Azərbaycanda uğurla keçirilməkdədir. Bakı Humanitar Forumları artıq beynəlxaql statuslu tədbirlər sırasında yer almaqdadır. Ordumuzun gücü, hərbi qüdrəti artmaqdadır. Buna misal kimi 2016-cı ilin məlum Aprel döyüşlərini, bu ilin yayında reallaşdırılan Cünnüt əməliyyatını və son dərəcədə möhtəşəm 26 iyun Hərbi Paradını qeyd etmək olar. Bununla yanaşı, bir daha  bu sıraya TANAP-ın, Cənub Qaz Dəhlizinin tarixi açılış mərasimlərini, ölkə başçısının yeni prezidentliyi dönəmində, cəmi bir neçə ay ərzində  Böyük Britaniyaya, Fransaya, Rusiyaya, Türkiyəyə, Xorvatiyaya tarixi səfərlərini, bu səfərlərdə imzalanan önəmli sazişləri, Brüssel zəfərini, Avropa İttifaqı ilə imzalanması gözlənilən əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı növbəti mühüm sənədə imza atılmasını, möhtəşəm və unudulmayacaq 15 sentyabr paradını  daxil etmək olar. Bununla yanaşı, türk dövlətlərinin inteqrasiya yönündə mühüm addımlardan biri kimi ortaya qoyulan formatı-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə toplantılarını, Azərbaycanın bu prosesə verdiyi töhfələri qeyd etmək yerinə düşərdi. Qeyd edək ki, bu günlərdə bu təşkilatın növbəti-6-cı Zirvə toplantısı qardaş və dost Qırğız respublikasında keçirildi.

kirqiz-ilya-erdo

ZİRVA-İLYA-2

parad-22

Zirvə toplantısının keçirildiyi məkan isə tək qırğız xalqının, qırğız türklərinin deyil, bütün Türk dünyasının sevimlisi,  fəxri olan böyük şəxsiyyət, böyük yazıçı və görkəmli diplomat Çingiz Aytmatovun adını daşıyan mərkəz –  Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzi oldu. Bunun özü də elə bilirəm ki, TDƏŞ-in Zirvə toplantılarına rəng qatacaq, gözəllik verəcək tarixi məqamlardan biridir.

Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız respublikasının prezidenti Sooronbay Jeenbekov da çıxışıda bir sıra məqamları dilə gətirərək, bildirdi ki, onlar  bütün səylərini “Müasir İpək Yolu” layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırdırlar. O, xatırlatdı ki,  bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir, Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək.

parad-13

parad-14

parad-24

parad-25

parad-16

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında dedi ki, “Müasir İpək Yolu – Orta Dəhliz” kimi tanınan layihədən bəhs etdi və bildir ki, bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

“Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək.Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə saldıq. Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasından duyduğumuz məmnunluğu burada xüsusi bildirmək istəyirəm…”-deyə, qardaş Türkiyənin lideri sözlərinə əlavə etdi.

axc-ilham-3

axc-ilham

axc-ilham-1

ilham-fond-1

islam-ilham

ilham-novruz-2

Azərbaycan prezidenti cənab İlham Əliev  isə çıxışında bildirdi ki, Azərbaycan qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarını təmin edir, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırı.

Dövlət başçımız “Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir…”-deyə, sonra bildirdi….

Bir sözlə, ötən bu illər ərzində Azərbaycan dövləti təkcə İpək yolu ilə bağlı deyil, digər vacib məsələlərlə bağlı da qarşıya qoyulmuş bütün hədəflərə bir-bir ardıcılıqla nail oldu. Nələr hədəflənmişdisə, onlar bir-bir reallığa çevrilir.

Odur ki, tam fəxr və qürur hissi ilə demək olar ki, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdə, Heydər Əliyev Yolunun davamçısı, müdrik dövlət rəhbəri İlham Əliyev cənablarındadır. Müstqil Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir.

Məleykəxanım KAMİLQIZI,

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

UEFA Çempionlar Liqası: birinci tur – NƏTİCƏLƏR – FOTOLAR

Read Next

“Sənin buna haqqın yoxdur…” – TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir