“Zamirənin xərclədiyi 130 milyonla 88-97-ci illərin şəhidlərinın haqqını vermək olardı” – ZAHİD ORUCDAN ÖNƏMLİ TƏKLİFLƏR VƏ MESAJLAR

ZAHİD ORUC: Hökumət indiyədək regonalarda açılan müsəssislərin yararlıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim e və onun Milli Məclisdə geniş müzakirələrini təşkil etsin

Milli Məclisin üzvü Zahid Orucun parlamentdə 2019 cu- ilin büdcə müzakirələrində çıxışı 

Büdcə müzakirələrini biz 3 il əvvəlki devalvasiyanın fəsadlarının neytrallaşdırıldığı və iqtisadi sabitləşməyə nail olunduğu bir şəraitdə aparırıq.Yerləşdiyimiz region ölkələrinin valyutalarının kəskin dəyər itirməsi fonunda Azərbaycanda xaricdən ixrac olunan iqtisadi təzyiqlərə dayanıqlıq göstərilməsi mühüm hadisədir.

Şübhəsiz ki,belə bir şəraitdə yeni hökumətlə apardıgımız müzakirələrdə onu da qeyd etməliyik ki,ən ideal maliyyə sənədi də insanlar tərəfindən yerinə yetirilir.

Ədalət hissi olan hər kəs qəbul edir ki,məhz Azərbaycan prezidentinin strateji qərarları ölkəsinə milyardlar qazandırıb və bir neçə qitənin qovuğunda əhəmiyyətli qovşağa çevirib.

Əgər düzgün xarici iqtisadi siyasət yürüdülməsəydi, heç bir enerji resursu və ya başqa təbii sərtvətlər amili sabitlik və inkişaf üçün indiki rolu oyanaya bilməzdi. Ona görə  reionun geopolitikasını dəyişən transmilli layihələrin reallıga çevrilməsi yalnız dövlət başçısının möhkəm iradəsinin,sistemli tədbirlərinin və bütün risqləri nəzərə almaq bacarığının məhsuludur.

meclis-oqtay-1

Lakin onu da açıq deməlyiik ki, İlham Əliyev son 15 idə ən çox hökumətdə təmsil olunan müəyyən adamlardan zərbə alıb.Millətin ovladlarını səngərdə düşmənə qarşı təşkil edən, sərt geosiyasi döyüşlərdən ölkəsini qoruyan bir lider onun siyasətini qeyd-şərtsiz yerinə yetirməyə borclu olan adamların bəzən aşkar xəyanətinə, acgözlüyünə və dövlətçilik məsuliyyətlərini başa düşməmələrinə məruz qalıb.

Son 3 ildə bir neçə nazirin vəzifəsindən kənarlaşdırılmasına mən bu kontekstdə qiymət verməyin tərəfindəyəm.Çünki etibardan sui-istifadə etmə, bir-birinə qarşı kompramat savaşına aludəçilik və qruplaşmalara qurşanmaq meyli əvvəlki illərdə hökumətin adı ətrafında yersiz polemikalara yol açırdı.

Deməli,son 3 ildəki dəyişiliklər adi rotasiya sayıla bilməz və mühüm siyasi-iqtisadi mənaya malikdir.

İndiki hökumət sadə və əlçatan insanlardan təşkil olunub. Sıralarında bir neçə parlament üzvünün də yer aldığı Nazirlər Kabineti aparıcı ölkələrinin iş prinsipləri ilə çalışmağı bacaran insanlardan ibarətdir.Yetər ki,onlar etimadı dogurltsunlar, sələflərinin səhvlərini,yaxud cinayətlərini təkrarlamasınlar.

Deməli,bizə yaxşı tərtib olunan və şəffaf icra olunan büdcə ilə yanaşı,mədəni məmur korpusu, peşəkarlığı və hesabatlılığı ilə fərqlənən hökumət lazımdır.

 DEVALVASİYANIN ZİYANI VƏ FAYDASI

zahid_oruc_esas

İkincisi, məmur burjuaziyasının,yəni məmurların iqtisadiyyatda aktiv iştirakının aradan qaldırılması prezidentin xalq iqtisadiyyatı qurmaq məramından xəbər verir. Artıq məmur biznesi terminini daha sivil ifadələr əvəzləyir və informasiya məkanında oliqarxiya məfhumunun çəkisi qat-qat azalmaqdadır.

Nə qədər qəribə də olsa,son 3 ildə devalvasiyanın ziyanları ilə yanaşı, müsbət bir tərəfi də müşahidə edilirdi–asan pullarla-büdcə vəsaitləri ilə işləyən dövlət strukturları və onların yaxın çevrəsində yaradılmış biznes qurumlarının meydanı daralırdı.Halbuki büdcədən ayrılan vəsaitlərlə işləyənlərdən fərqli olaraq, çətin yollarla gəlir əldə edən, hər zaman müxtəlif bürokratik ənəgəlləri aşmağı bacaran sahibkarlar heç vaxt dövlətdən narazı olmadıqları halda, həmin asan pullarla işləyən dairələr investisiya layihələri kəsilən və ya azalan kimi dövlətə qarşı narazı mövqeyə çəkilirdilər.Onların buna mənəvi haqları vardımı?

Qətiyyən, yoxdur!

Ona görə formal tender prosedurları, şişirdilmiş rəqəmlərlə işləyən podratçı qurumlar və nazirliklərin yaxın ətrafında qurulmuş iş adamları təcrübəsindən tamam imtina etmək lazımdır. Mən,hörmətli maliyyə naziri Samir Şərifovdan və hörmətli Şahin Mustafayevdən investisiya vəsaitlərinin xərclənməsinə edilən nəzarət mexanizmlərini təkmilləşdirmələrini xahiş edirəm.

DEVALVASİYANIN ÜZƏ ÇIXARDIĞI ARTIQ STRUKTURLAR VƏ İSLAHATLARIN FASİLƏSİZLİYİ…

Üçüncüsü, son 3 ildə devalvasiya hökumətdə xeyli lazımsız, təkrarçı və bürokratik komitə-şirkət-cəmiyyətdən xilas olmaga kömək etdi.Artıq Azərbaycanda da əhalinin 100 min nəfərinə düşən məmur sayı, büdcə təşkilatlarından maliyyəşənlərin faizi normallaşmaga dogru getməkdəydi.Amma bu il yenidən şişən aparatlar və yaranan yeni-yeni təşkilatların şahidi oluruq.

Hökumətin borcu odur ki,məşgullugu kənd təsərrüfatında,sənayedə,sürətlə inkişaf edən informasiya texnologiayları sahəsində yaratsın,nəinki büdcə ştatlarını artırsın.

İDARƏEDƏNLƏR VƏ BİZNESİN SƏRHƏDDİ

 Bir az əvvəl idarəedənlərlə biznesin bir-birindən ayrılmasından danışdım.Bir tarixi təcrübəni xatırlatmaq istərdim-ötən əsrin 70 ci illərində ABŞ prezidenti Nikson iri burjuaziyaya-dövlətdə vəzifə tutanları biznesdən ayırmaga çalışarkən o qənaətə gəlmişdi ki,onları vəzifəsindən çıxarmaq vacib olsa da təqib etmək avtomatik milyardlarla dollar vəsaitin ölkəni tərk etməsinə səbəb olur.

O üzdən biz də diqqətli olamlıyıq.

Bir vaxlar hökumətdə yer tutan adamların sahib olduqları imkanların xarici ölkələrə çıxmaması üçün son dərəcə ağıllı bir siyasəti izləmək lazımdır.

Mixail Saakaşvili həbsə atdığı adamların böyük əskəriyyətini sonra bagışladı və iqtisadiyyatda onların qarşısında baryer yaratmadı. Çünki bilirdi ki, pul canlı orqanizm kimidir-təhlülkə görən kimi oranı tərk edir!

zahid-barda

QUBA MEYVƏ BAĞLARINDA ÇÜRÜYƏN ALMALAR VƏ YA BİZ NİYƏ APPLE İMPERİYASI QURA BİLMİRİK?

Regionların 33 -ü büdcədən asılılıgını gələn il aradan qaldırcaq.Bu, yaxşı hadisədir.Deməli, on il ərzində bölgələrə qoyulan 50 milyard manata yaxın vəsait orada müsbət nəticəsini verib.Yerdə qalan rayonlara növbəti ildə 840 milyon manat ayrılacaq.

Bununla belə indiyədək bölgələrdə açılan zavod və fabriklərin heç də hamısı bazar iqtisadiyyatının minimum rəqabətinə dözməyib bir qismi ya sıradan çıxıblar,ya da yarım gücü ilə fəaliyyət göstərirlər.

Bir neçə gün əvvəl Quba rayonunda olarkən tonlarla almanın yerdə qalıb çürüdüyünü görmək çox məyusedici idi və deməli, bütün rayon üzrə bunun çəkisi min tonlara çatır, nəticədə insanlara milyonlarla manat ziyan dəyir.

Əvəzində nə qədər ürəkağrıdan mənzərə də olsa, bütün respublika bazarları İrandan gələn qurudulmuş alma-armud və digər meyvələrin sirkəsi,şirəsi ilə doludur. Bizim ekoloji təmiz meyvələrimiz isə rayonda istehsal gücü zəif olan zavodların ucbatından əhalinin qida rasionundan kənarda qalır və gündən günə cavanlaşan xəstliklərimizdə öz əksini tapır.

Təklif edirəm ki, hökumət indiyədək regonalarda açılan müsəssislərin yararlıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim və onun Milli Məclisdə geniş müzakirələrini təşkil etsin.Bax onda iş axtarışı ilə bölgədən paytaxta üz tutanlar azlacaq,Bakı şəhərinin əmək və mənzil bazarındakı gərginlik səngiyəcək.

Bir qədər obrazlı desək, təkcə Quba rayonunda sahələrdə külə dönən yerüstü sərvətdən böyük bir APPLE müəssiəsinin filialını açamq olardı.

Axı, nəhəng korporasiyalar da milyonlarla manat dəyəri olan belə məhsullardan vaz keçmirlər…

zahid-bay-2

 DÖVLƏT BAŞÇISININ ALİ NƏZƏRİNDƏ BİRİNCİ KİMDİR..

Şəhid hərbi qulluqçuların ailələrinə verilən sıgorta haqları ilə baglı hökumətin atdıgı addımları dəyərləndrimək istərdim.Xatırlatmaq yerinə düşər ki, məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız ugrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur.Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş Komandan əskər və zabitlərin qədrini hamıdan yaxşı bilir.

Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,Dövlət Kommersiya  Sığorta Şirkətinin vəzifə borcudur.

Təəssüflər olsun ki,son 2 ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq.Nə baş verir əslində? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək.

Fərmanın dərcindən 1 gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: fərman 8800 ailəyə şamil olunacaq.

Deməli,belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir?

Cavabdeh sıgorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki,o insanların çoxu haqsızdır. O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kömpüterləşdirə bilməzdimi? Sonra uydurdular ki,arxiv yanıb.Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər?

O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm-guya yaşlı bir ana oglunun 7-si çıxmamış gedib o pulu alıb.Yaxud, varis olmadıgından iki yaşlı nənə və baba nəvələri üçün sıgorta pulunu 40 mərasimi çıxmamış,hələ dərd soyumamış alıblar.

Adicə  çəkilən imza bunun saxta oldugunu göstərir.

90 yaşlı baba sanki Donald Trampın məlum kahkəşan qolunu çəkib. Buna inannmaq mümkün deyil. Ona görə düşünürəm ki,bu işin içərisində hansısa bir “Qara əl” var.

Adamlar gedib öz haqqını məhkəmə mübarizlərində sübut edir.Bu yaxşı hal deyil.

İndi də hüquqi varis məsələsini ortaya atıblar.Halbuki sadə vətəndaş belə düşünür ki,Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 88-97ci illərin bütün şəhidlərinın haqqını vermək olardı. Cahangir Hacıyevin  milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi.

Ona görə  gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə baglı sıgorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanının ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdılır.

 

 

zahiddd

100 YAPON ALİMİ DƏ GƏLSƏ, BU ÖLKƏNİ ÖZ MÜTƏXƏSSİSLƏRİMİZ QURACAQ

 Büdcə müzakirələrində demək istədiyim digər mühüm məsələ, Badamdar ərazisində baş verən məlum sürüşmənin fonunda tikinti normaları və icra orqanlarının məsuliyyətidir.Ölkə başısının qeyd etdiyi kimi, tikinti sektorunda hökm sürən özbaşınalıqlalar o sürüşməni doğuran əsas səbəblər sırasında ön yerdədir.Birinci kommunikasiya xəttləri, sonra şəhərsalma olmalıdır.İndi Tikinti və Arxitektura Komitəsi keçmiş səhvləri və cinayətləri aradan qaldırmaq iradəsi göstərməli, birinci növbədə Bakının Baş Planını ortaya qoymalıdır.

Sürüşmənin yaratdıgı o gərginlik təkcə bir rayona deyil, böütövlükdə paytaxtın ab-havasına mənfi təsir edir.İnsanlar ekrandan müşahidə edirlər ki,yaşlı bir yapon gəlib bizə tövsiyyələr verir.

Halbuki Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yer quruluşu və geodeziya sahəsi üzrə onlarla alim və tədqiqatçı hələ də onlardan kiminsə faydalanacagı günü gözələyir və deyirlər ki, nəhayət kresloları sürüşən məmurlardan sonra  o alimlərin aglından, biliyindən kimsə  gəlib istifadə edəcək.

Məgər şıxzamanovlar kimi tanınmış yer quruluşçuları bizə Bakını min bir zəhmətlə quran dövlət başçısı üçün ən yaxış silahdaşlar olmazdılarmı.Yüz yapon da gəlsə,bu məmləkəti quran və qoruyan öz mütəxəssislərimiz olacaq.Mən təklif edirəm ki,Padamdarın həmin ərazisində sabitləşmə yaradıldıqdan sonra Dənizkənarı bulvarın davamı olaraq gözəl panoramalı dagüstü park yaradılsın ki,ondan hamı istifadə edə bilsin.

Digər təklifim ondan ibarətdir ki, 2019-cu ildə Tikinti və Arxitektura Komitəsi birinci növbədə ölkədə inşa edilən minlərlə binanın nəhayət qeydə alınmasını təmin etsin və belədə büdcəyə on miyon manatlarla rüsum və vergilər daxil olacaq, digər tərəfdən yeni sərəncam və tikintiyə razılıqlarının da qaydalarını  Asan Xidmət qaydasında hazırlayıb hamının gözünün qabagından assın. Yoxsa,elə çıxmasın ki, cavan bir insan gəlib, vahid bir pəncərə yaradıb,qapını da baglayıb!

kredit

ƏHALİNİN  “KREDİT QORXUSU”

Bank sektorunda devalvasiyadan sonrakı durum haqda bir neçə kəlmə demək istərdim.Son illərdə görünən tendensiya bundan ibarətdir ki,Mərkəzi Bank stavkaları 15 faizdən 9.75 faizə qədər endirsə də banklar kredit faizlərini aşagı salmırlar və belədə iqtisadiyyat yetərli şəkildə kreditləşə bilmir.Bankların funksiyası maliyyə vastiəçiliyi-ara düzəldənliyi edərək öz gəlirlərini əldə etməkdir.

Ona görə də sual olunur-2019-cu ilə 2 milyard problemli kreditlə daxil odlugumuz halda yenidən müştəri inamını necə qazanacagıq və əhalidəki kredit qorxusunu necə aradan qaldıracagıq.

Axı, hətta aşagı inflyasiya faizi və əhalinin gəlirləri artan təbəqəsi belə əlindəki vəsaitləri iqtisadiyyata tam qoymaqda tərəddüd keçirir.

Yoxsa, indiki bank faizləri qaytarmaq üçün ya silah biznesinə, ya da narkotika və ya insan alverinə keçməlisən.

Şübhəsiz ki,bunlar da qəbul oluna bilməz.

Ona görə  biz xaricdən cəlb etdiyimiz investisyadan danışaraq, eyni zamanda ölkəmizin sərhədlərindən kənarda yaşayan və milyardlara sahib olan soydaşlarımızı da çagırmalıyıq ki, onlar da gəlib öz dogma ölkələrinə pul qoysunlar.

Razılaşın ki, bunun iqtisadi və mənəvi effektini ölçmək qeyri-mümkün olardı.

Axı, İsraili quran ilk növbədə dünyaya səpələnmiş yəhudi iş adamları, nəhəng iqtisadi lobbi mərkəzləridir!

zahid-3

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

Dilimizin hüdudsuz imkanlarından düzgün istifadə edilməməsi halları kifayət qədər geniş yayılıb – SONA ƏLİYEVA

Read Next

Büdcə müzakirlərində kino məsələsi yenidən qaldırıldı… VƏ BÜDCƏ QƏBUL OLUNDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir