Zaqatala aeroportu bərpa olunsun – DEPUTAT

Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyünün təmin edilməsi, əhalinin rifah-halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində, dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclər üçün 7.919,9 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci il ilə müqayisədə 797,5 milyon manat və ya 11,2 faiz çoxdur.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili, professor Kamilə Əliyeva deyib.

KAMILA

Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, 2019-cu ilin dövlət büdcəsində ali, orta ixtisas və ilk peşə təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, AMEA-nın magistrantlarının və doktorantlarının təqaüdlərinin məbləği, AR ali məktəbləri üçün Prezident təqaüdlərinin məbləği, Prezidentin fərdi təqaüdünün və fəxri məbləğləri artırılıb.

O, qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin müəllifi olduğu iqtisadi reformlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, artıq Azərbaycan dünyada iqtisadi gücə çevrilib:

“2018-ci ilin ortalarında həm region, həm də bir sıra ölkələrin iqtisadiyyatında geriləmələr olub, milli valyutalar dəyərdən düşüb. Lakin Azərbaycanda qurulmuş iqtisadi model nəticəsində nəinki azalma, hətta iqtisadi artım mövcud olub.  2017-ci ildə inflyasiya səviyyəsi 12,9 faizdən 2018-ci ildə 2,7 faizə düşüb. Azərbaycan əhalisinin normal gəlirləri təxminən 35 milyard manat olub. Azərbaycanın valyuta ehtiyatları artaraq 5,5 milyard manatdan çox olub.

2019-cu ildə ölkədə ÜDM real iqtisadi artımı 3,6 faiz olmaqla 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil ediləcəyi gözlənilir. Bu isə böyük irəliləyiş deməkdir. Artıq Azərbaycanın iqtisadi artımı neft-qaz amilindən deyil, iqtisadiyyatın digər sahələrinin hesabına artmaqdadır.

Aqrar sahədə də böyük uğurlar qazanılmaqdadır. Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı malları dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Fəxrlə deyə bilərəm ki, təmsil olunduğum Zaqtala və Balakın rayonlarında emal olunan kənd təsərrüfatı məhsulları bir çox dünya ölkələrinə ixrac olunur və ölkə büdcəsinə valyuta gətirir.

Ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.

Bütün bu işlər isə prezident cənab İlham Əliyevin 2017-2022 və 2018-2025-ci illər üçün “Dövlət Proqramı” sahəsində imzaladığı sərəncamların yerinə yetirilməsi istiqamətində görülən işlərin bir hissəsidir.

Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmi ölkə iqtisadiyyatının prioritet sahəsinə çevirib. Bu məqsədlə cənab prezident tərəfindən imzalanmış sərəncam ölkə paytaxtından əlavə regionların inkişafına və həmin  bölgələrə də turistlərin cəlb olunmasına böyük şərait yaradıb.

Bunu nəzərə alaraq xahiş edərdim ki, Zaqatala və Balakən rayonlarında yerli və xarici turistlərin cəlb edilməsi üçün Zaqatala rayonundakı aeroportun fəaliyyəti bərpa olunsun”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayırdı

Read Next

Millət vəkilindən telekanallara ciddi irad…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir