Zaqatalada evdən iki gəncin meyiti tapıldı

Zaqatalada fərdi yaşayış evindən iki gəncin meyiti tapılıb.

Etikxeber.az bildirir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19:20 radələrində Zaqatala MRX-nın Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kənd inzibati ərazisindən evdə iki nəfərin boğulması bərədə çağırış gəlib.

Çağırış əsasında hadisə yerinə gedən həkim briqadası evdə 20-21 yaşlı Rövşən Sədi oğlu Mustafayev və Məhəmməd Abdullayev adlı şəxslərin hələ ki bilinməyən səbəbdən ölmüş meyitlərini aşkar ediblər.

İlkin müayinə zamanı onların dünəndən öldüyü müəyyən edilib. Hazırda Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Etikxeber.az

Read Previous

Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində işləri yekunlaşdı – FOTO

Read Next

Beynəlxalq Cüdo Federasiyas reytinq cədvəlini açıqladı: Cüdoçularımız öz yerlərini qorudu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir