Zaqatalada “VAZ” ağaca çırpıldı- sürücü öldü

Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzası baş verib.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 03:19 da başa çatıb.

Etikxeber.az

 

Read Previous

Ermənilər atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub

Read Next

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir