“Zatən deyilməsi mümkün olan yeganə “Sözü” onlar demiş…” – FOTOLAR

Aprel qələbəsini Azərbaycanın hərb tarixinə öz qanları ilə yazan Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə doğru Horadizin Heydər Əliyev Mərkəzinin önündən başlayan izdihamlı yürüşün iştirakçılarından biri kimi həyatımın ən həyəcanlı və yaddaqalan bir gününü yaşadım.

bahar-1

Bu yürüşdə hərbçilərimiz, aprel döyüşlərinin iştirakçıları, ərazidə yaşayan soydaşlarımız, rayon ictimaiyyətinin nümayəndələri, respublikamızın tanınmış ictimai və siyasi xadimləri, ziyalılarımız təmsil olunmuşdular.

bahar-2

Ən əsası yürüşdə Lələtəpə uğrunda gedən doyüşlərdə həlak olmuş, fotoşəkilləri yeni ucaldılan abidədə həkk olunmuş qəhrəman vətən oğullarının ailə üzvləri, yaxınları və doğmaları iştirak edirdilər.

bahar-3

Və əlbəttə ki portretləri izdihamın başı üzərində Azərbaycan Bayraqları ilə qoşa dalğalanan ŞƏHİD RUHLARI bizimlə birgə öz xatirələrinə ucaldılmış abidəyə doğru yürüyürdü.

bahar-4

Düşüncələrimi və hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Zatən deyilməsi mümkün olan yeganə “Sözü” onlar demiş.

bahar-5

TƏKİ VƏTƏN YAŞASIN !!!

Bahar Muradova,

Milli Məclis sədrinin müavini,

Etikxeber.az

 

Read Previous

“AMEA-nın professoru” adının verilməsi üzrə ekspert komissiyası yaradılıb- AÇIQLAMA

Read Next

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir