Zaur Məmmədyarov Rusiyada müsabiqənin-QALİBİ OLDU – FOTO

Rusiyanın paytaxtı Moskvada Milli Araşdırma Texnoloji Universiteti MİSiS-də idarəçilər müsabiqəsi olan “Rusiyanın liderləri”nin “Elm” ixtisaslaşmasının yarımfinalı keçirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (REA DİBMİ) rəsmi saytında yer alıb.

Yarımfinala Rusiyanın 52 bölgəsindən 214 müsabiqə iştirakçısı qatılıb. Superfinala 7 bölgədən 10 nəfər çıxa bilib.

Mərkəzi Federal Dairə üzrə birinci yeri REA DİBMİ-nin Elm və innovasiya şöbəsinin İnnovasiya siyasəti sektorunun böyük elmi işçi Zaur Ayaz oğlu Məmmədyarov tutub.

Qeyd edək ki, “Rusiyanın liderləri” müsabiqəsinin “Elm” ixtisaslaşması Rusiya prezidentinin “Rusiya – imkanlar ölkəsi” flaqman layihəsidir.  

Etikxeber.az

Read Previous

“Yüzə yaxın şəhid və imkansız ailələrə dezinfeksiyaedici-yuyucu dərman, bəzi tibbi gigiyenik-ləvazimat və koronavirusa qarşı profilaktika qaydaları paylanıb”-MİLLƏT VƏKİLİ

Read Next

Dezinfeksiya məqsədilə paytaxt küçələri-YUYULACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir