“Bizi düşünərkən 11 sentyabr ağlınıza gəlsin…”-ZELENSKİ ABŞ KONQRESİNDƏ ÇIXIŞ ETDİ, BAYDENİ SÜLH VƏ DÜNYA LİDERİ OLMAĞA SƏSLƏDİ, ÇIXIŞI AYAQ ÜSTƏ VƏ ALQIŞLARLA QARŞILANDI – YENİLƏNİB – (1)

Ukrayna Prezidenti Volodmir Zelenski Zelenski ABŞ Konqresində videokonfrans vasitəsi ilə çıxış edəcək.

Etikxeber.az bildirir ki, bu barədə Zelenski “Facebook”da məlumat verib.

“Çərşənbə günü mənim ABŞ Konqresində çıxışım planlaşdırılır. Vacib hadisədir”-deyən Zelenski daha sonra maliyyə yardımına görə Co Baydenə təşəkkür edib.

07:30

***

“Rusiya bizim azad yaşamaq istəyimizə hücum etdi, bizim xəyallarımıza hücum etdi”.

Bunu hazırda ABŞ Konqresində videoformatda çıxış edən Zelenski bildirib.

Zelenski bildirib ki, Göy üzü, Ukraynanın hava məkanı hazırda ölüm məkanına çevrilib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü son 80 ilin ən böyük terrorudur və bu terror bir an dayandırılmalıdır.

O, qeyd edib ki, Ukraynanın hava məkanı uçuşa qadağan olunmalıdır.

17:11

***

Zelenski həmçinin bildirib ki, Rusiyanın işğalı ən azı yaxın 24 saat ərzində dayandırılmalıdır.

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün Ukraynanın da içində olduğu yeni qurumlara, yeni ittifaqlara ehtiyac var.

O, ABŞ şirkətlərinin hamısını Rusiyaya qarşı sanksiyalara qoşulmağa, rusları maliyyədən məhrum etməyə çağırıb.

“Bizi düşünürkən 11 sentyabr ağlınıza gəlsin. O gün məsum ABŞ xalqına təcavüz, hücum edildi, bu gün isə eynisini biz yaşayırıq”-deyə, Zelenski əlavə edib.

Zelenski çıxışında “Bu gün Ukrayna xalqı təkcə Ukrayna üçün savaşmır, həm də Avropa dəyərləri üçün vuruşur. Ona görə ABŞ bizə kömək edərkən, həm də Avropaya kömək etmiş olur”-deyə, bildirib.

“Mənim 45 yaşım var…Artıq yaşım dayanıb…Həyatın, yaşamağın bir anlamı qalmayıb…Əgər hər gün məsumlar, uşaqlar müharibədən zərər görürlərsə, hər gün öldürülürlərsə…”-deyə, Zelenski sonra qeyd edib.

Zelenski çıxışının sonunda ABŞ Prezidenti Co Baydeni Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmağa, sülh və dünya lideri olmağa səsləyib.

Zelenskinin çıxışı ayaq üstə və alqışlarla qarşılanıb.

Etikxeber.az

Read Previous

Rüstəm İbrahimbəyov Fəxri xiyabanda-DƏFN EDİLDİ

Read Next

Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırıldı-BAYRAĞI ENDİRİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir