“Cənab Şolts, bu divarı sökün!”-ZELENSKİ BUNDESTAQDA ÇIXIŞ VƏ ALMANİYANI İTTİHAM ETDİ – YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya Parlamentində-Bundestaqda çıxış edəcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Zelenski növbəti videomüraciətində qeyd edib.

Zelenski müraciətində Ukraynaya daha çox dəstək, Rusiyaya daha çox təzyiq üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.

“Mən istəyirəm ki, bütün vətəndaşlarımız indi məni eşitsinlər: Ukrayna naminə danışıqlar davam edir”-deyə, Zelenski vurğulayıb.

08:14

***

 Zelenski Almaniya Bundestaqında videokonfrans formatında çıxış edib.

Ukrayna Prezidenti bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynanın mülki infrastrukturuna ağır zərbələr endirir.

O, çıxışında “Son üç həftə ərzində Rusiyanın hücumu nəticəsində minlərlə ukraynalı həlak olub, o cümlədən 100-dən artıq uşaq həyatını itirib. Bütün bunlar 21-ci əsrdə Avropanın mərkəzində baş verir”-deyə, qeyd edib.

“Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”-deyən Zelenski bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir:

“Mən başa düşürəm ki, bu, siyasətdir, lakin bu, həm də prinsiplərin özəyidir. Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik. Siz Rusiya ilə biznesə davam etdiniz. Biz xəbərdarlıq edirdik ki, “Şimal axını -2” silahdır. Cavabı isə belə olurdu ki, bu, iqtisadiyyatdır, biznesdir” .

Zelenski alman deputatlara müraciətində açıq şəkildə Holokosta istinad edib:

“Hər il siyasətçilər “bir daha heç vaxt” deyirlər. İndi görürəm ki, bu sözlərin heç bir dəyəri yoxdur. Avropada bir xalq məhv edilir”.

Ukrayna dövlət başçısı videomüraciətində Almaniyanı Rusiyanın Avropada ucaltdığı yeni “divar”ı dağıtmağa kömək etməyə çağırıb:

“Bu, Berlin divarı deyil. Bu, Mərkəzi Avropada azadlıq və əsarət arasındakı divardır və bu divar Ukraynaya atılan hər bomba ilə daha da böyüyür”.

O, Almaniya Kansleri Olaf Şoltsa ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın məşhur Berlin Divarı Nitqini xatırladıb.

“Cənab Şolts, bu divarı sökün!”-deyə, Zelenski bəyan edib

Etikxeber.az

Read Previous

“Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şahin Seyidzadənin deputat səlahiyyətinə-XİTAM VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir