Zelenski ilə Putin arasında telefon söhbəti – “NORMANDİYA FORMATI”NDA BİR ARAYA GƏLƏCƏKLƏR

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Etikxeber.az Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçıları dialoqun normallaşmasına gedən yolda birinci mərhələ çərçivəsində əldə edilmiş razılaşmaların icrasının nəticəsindən məmnun olduqlarını bildiriblər.

Tərəflər Donbasda atəşkəs rejiminə riayət etməyin, təmas xəttində qüvvələrin ardıcıl olaraq bir-birindən aralanmasının əhəmiyyətini vurğulayıblar.

Prezidentlər həmçinin Normandiya formatında görüşün keçirilməsi tarixini müzakirə etmək barədə razılığa gəliblər.

Etikxeber.az

Read Previous

Azərbaycan gimnastı Dünya Kubokunun sahibi oldu…

Read Next

“Uşaqpulu”na ehtiyac varmı? – SABİQ DEPUTATIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir