Zelenski ilə Putin-BALİDƏ BİR ARAYA GƏLƏ BİLƏR?

Bu il G20 sammitinin noyabr ayında Balidə keçirilməsi planlaşdırılır.

Etikxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, ABŞ, Kanada və bir sıra digər ölkələrin etirazlarına baxmayaraq, İndoneziyanın ev sahibliyi etdiyi sammitə Rusiya prezidenti Vladimir Putin də dəvət alıb.

Ukrayna prezidenti də G20-yə qonaq qismində dəvət alıb.

İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares bəyan edib ki, ölkəsi Ukrayna və Rusiya arasında dialoqu təşviq etmək istəyir.

Lakin bu məsələ, eləcə də Ukrayna və Rusiyanın sammitində iştirak formatı açıq qalır.

İndoneziya tərəfinə sammit çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında görüşü təşkil etmək mümkün görünür.

Tərəflərdən heç biri görüşmək üçün hər hansı xüsusi istəyi ifadə etməyib.

Etikxeber.az

Read Previous

Cəmi bir ay bir gündən sonra Cənnətdəki ikinci doğum günü, 35 yaşı tamam olacaq-ŞƏHİDİMİZ, VƏTƏN SEVDALIMIZ ELMAR ŞİRZAD OĞLU NƏSİBOV – ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Növbəti bahalaşma: Çörəyin qiyməti yenə-QALXDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir