Zelenski Kanada parlamentində-ÇIXIŞ EDƏCƏK

Ukrayna Prezidenti Vladimir Zelenski Kanada parlamentində çıxış edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə  “Ukrinform” məlumat yayıb.

Qeyd olunub ki, Zelenskinin müraciəti martın 15-i Ottava vaxtı ilə saat 11:15-ə (Bakı vaxtı ilə 20:15) planlaşdırılıb.

Zelenskinin müraciətindən əvvəl Kanadanın Baş naziri Castin Trüdo giriş sözü ilə çıxış edəcək.

Ukrayna prezidentinin çıxışından sonra parlamentin tribunasından hər iki palatanın spikerləri, eləcə də bütün partiyaların liderləri çıxış edəcəklər.

Qeyd edək ki, Vladimir Zelenskini Kanada parlamentində çıxış etmək üçün Castin Trüdo şəxsən dəvət edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Getdikcə zərurətə çevrilən “Dəmir yumruq”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir