Zelenskidən Əliyevə-MİNNƏTDARLIQ – FOTOLAR

Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk.

Etikxeber.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib:

“Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb

Etikxeber.az

Read Previous

5 il öncənin unudulmaz tarixçəsi…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək…”-Əliyevlə Zelenski təkbətək və geniş tərkibdə görüşdü, mətbuata bəyanatla çıxış etdilər-QƏBƏLƏDƏ – FOTOLAR – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir