Zemfira Meftahəddinova,Tahir Gözəl, Fərid Qayıbov, Elxan Məmmədov…- SƏRƏNCAM

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu

Babayev Nağı Məcidoviç

Davudov Vaqif Cəlil oğlu

Əhmədov Kamal Məhəmməd oğlu

Əliyev Qərib Tələt oğlu

Hüseynov Firat Alışan oğlu

Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

Prezidentin digər Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Gözəl Tahir Abdolbari oğlu

Qayıbov Fərid Fazil oğlu

Məmmədov Elxan Salhab oğlu.

Etikxeber.az

 

Read Previous

“Bu, ölkələrə daha böyük şöhrət gətirir…” – İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB (1)

Read Next

Ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır – SPİKER – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir