Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xalq artisti, tanınmış aktrisa Afaq xanım (Bəşirqızı) haqqında gerçəkdən heç nə yazmaq istəmirdim…
Çünki ona hər zaman hörmətim və sayğım olub…
Çoxları Qarabağ hadisələri başlayan zaman susanda, qaçıb gizlənəndə, isti kürsülərdə mürgüləyəndə, o, susmamışdı, ailəsini də, özünü də təhlükəyə atmışdı…
Hamı müxalifətdən (müxtəlif iqtidarların dövründə) qaçanda, o, müxalifətlə yaxınlığını-onlara simpatiyasını gizlətməmiş, danmamışdı…
Bildiyim qədər tək övladının toyuna da müxalifət liderlərini çağırmışdı…
İstedadsız, mədəniyyətsiz, səviyyəsiz də deyil…

Gərək belə danışmayaydı, insanların, onu sevənlərin damarına bu cür basmayaydı-özü də belə həssas dönəmdə…
AMMA VƏ LAKİN…
Ötən il ölkə Prezidenti cənab İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tanınmış yaradıcı şəxslərlə görüşündə korifey Zeynəb xanımla Afaq xanım arasında gərginlik yaşanmışdı…

Hamı o zaman Afaq xanımı göylərə qaldırmış (indi onu söyənlər ötənilki statuslarına bir də baxsalar yaxşı olar-böyük əksəriyyət etibarı ilə), Zeynəb xanımı-canlı ƏFSANƏni isə yerləbir etmişdilər, az qala düşmən çıxarmışdılar…
İkisinin də çıxışında haqlı məqamlar çoxuydu, şəxsi maraqlardan irəli gələn məqamlar da az deyildi…
Amma mən o vaxt da məntiqimdən və fəhmimdən çıxış edərək, Afaq xanımı haqsız çıxarmadan, Zeynəb xanımı müdafiə etmişdim və səbəbini də açıqlamışdım…
Demişdim ki, Zeynəb xanım ARİF insandır, bilir nəyi necə deyir və danışır…
Bilmədiyi nəsnələr haqqında ömründə danışmaz…

Çünki xətrini istədiyim və məlumatlı millət vəkilləri də çoxlarının “pərdə” arxasında hansı oyunlardan çıxdıqlarının, nələr-nələr xahiş etdiklərinin… şahidi olduqlarını və bundan iyrəndiklərini mənə bir neçə dəfə dilə gətirmişdilər- şəxsi söhbətlər zamanı…
Odur ki, Zeynəb xanım da bilirdi ki, nə danışır…
Və mən yenə də yanılmadım, yenə haqlı çıxdım və bir daha o xanıma-Zeynəb xanıma vuruldum…
Afaq xanıma gəlincə, yenə də, gərək belə danışmayaydı…

Keçmiş olsun!
11 aprel, 22:45
Kamil HƏMZƏOĞLU,
Etikxeber.az saytının baş redaktoru
Etikxeber.az





