Zeynəb Xanlarova 29 il öncə gəncə nə deyibmiş və ya … deputat həmkarı ona nəyi xatırlatdı?

“Bu gün şəhərdə mənə tanımadığım bir nəfər yaxınlaşdı.

Məni teleekranlardan tanıdığını, Danimarkada yaşayan azərbaycanlı olduğunu və Bakıya qonaq gəldiyini bildirdi. Dediyinə görə əslən İranın Təbriz şəhərindənddir, 40 ildir Danimarkada yaşayır, orada çörəkçiliklə məşğuldur”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

O, yazıb ki,  1988-ci ildə Azərbaycanın tanınmış müğənnisi Zeynəb xanım Xanlarova Danimarkaya konsert proqramı ilə gəlir. Həmin şəxs üstündə isə  “Zeynəb” yazılmış məxsusi bir çörək bişirir və Zeynəb xanımın konsertinə gedərək ona təqdim edir.

“Zeynəb xanım onun subay olduğunu bildikdə, ona Bakıya gələrək, azərbaycanlı qızla evlənməyi təklif edir.

O, dəyərli müğənnimizə qulaq asır və həmin il Bakıya gəlir, burada gələcək həyat yoldaşına rast gəlir.

O zamandan Danimarkada yaşayırlar, bir neçə övladları var.

Ailədə ancaq azərbaycanca danışırlar.

Bildirdiyinə görə, həmin ölkədə yaşayan azərbaycanlılar bir-biri ilə sıx əlaqə saxlayırlar, içərilərində tanınmış insanlıar, universitet professorları da var.

Məsələni bugünkü parlament iclasında hörmətli Zeynəb xanım Xanlarovaya danışdım.

Zeynəb xanım hadisəni xatırladığını və həmin çörək məsələsinin düz olduğunu bildirdi.

29 ildən sonra məsləhətinin nə ilə bitdiyini eşitməyin xoş olduğunu da əlavə etdi”-deyə, millət vəkili sonra yazıb.

aydin mirze

Etikxeber.az

Read Previous

Akademik yazır: “DÖVRÜNÜN ÖVLADI VƏ VAXTIN ƏLƏYİ”

Read Next

Düşmən atəşkəs rejimini 120 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir