Zeynəb Xanlarovanın bu gün yubileyidir! – VİDEO – FOTOLAR

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın növbəti doğum günüdür.

Etikxeber.az-ın məlumatına görə, dekabrın 28-də korifey sənətkarın 80 yaşı tamam olur.

Qeyd edək ki, Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir (1995-ci ildən bugünəcən) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Həmçinin, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub. “Şöhrət”  və bugünlərdə “Heydər Əliyev” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Ailələdir, iki oğlu, bir neçə nəvəsi var.

Mükafatları

Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSRİ xalq artisti — 1975

Flag of the Soviet Union.svg SSR xalq artisti

Flag of Armenian SSR.svg Ermənistan SSRİ xalq artisti

Flag of the Uzbek SSR.svg Özbəkistan SSR xalq artisti

Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR Dövlət mükafatı laureatı

Flag of the Soviet Union.svg Şərəf nişanı

Flag of the Soviet Union.svg Xalqlar dostluğu

Flag of Russia.svg Qızıl val mükafatı(Melodiya firması)

Flag of Azerbaijan.svg Şöhrət” ordeni

Flag of Azerbaijan.svg İstiqlal ordeni

Flag of Turkey.svg Başın və Başarı ödülü (Türk Basın Birliyi)

Flag of Turkey.svg İlin Sənətçisi (Ankara Jurnalistlər Birliyi)

Filmoqrafiya

Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən

Toyda görüş (film, 1970)

Konsert proqramı (film, 1971) (II)

Qəribə adam (film, 1979)

Nəğməkar torpaq (film, 1981)

Üzeyir ömrü (film, 1981)

Salam, Zeynəb! (film, 1982)

Şərt (film, 1984)

Hacı Arif (film, 1995)

Şeirin xəzrisi (film, 2000)

Əliyevin əli (film, 2000)

Uğur formulu (film, 2007)

Yorulmamışam. Rövşən Behcət (film, 2007)

Xilaskar. III Film (film)

Yubiley doğum gününüz mübarək olsun, Zeynəb xanım!

zeynab-1

zeynab-5

zeynab-6

zeyneb-4

https://www.youtube.com/watch?v=_hDYANC_iAI

Etikxeber.az

Read Previous

Goranboyda bir gündə üç nəfər dəm qazından zəhərləndi

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir