“Zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək”-BORİS CONSON

Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Conson və Zelenski Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin həllinin zəruriliyini müzakirə ediblər.

Böyük Britaniyanın baş naziri bildirib ki, o, yaxın günlərdə Ukraynanın öz suverenliyini qoruya bilməsi üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək.

Etikxeber.az

Read Previous

Hava buludlu və yağmursuz olacaq-SABAH

Read Next

13 yeni yoluxma-1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir