“Zirvə Görüşü Azərbaycanın daha bir uğuru, daha bir zirvəsi oldu” – ELDƏNİZ SƏLİMOV

Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha bir uğuruna imza atdı, oktyabrın 25-26-sı tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə layiqli şəkildə ev sahibliyini edərək, adını tarixə növbəti dəfə qızıl hərflərlə həkk etdirdi. Azərbaycan həmin günlərdə bir daha dünyaya Günəş kimi doğdu, şəfəq saçdı, dünya Azərbaycanın inkişafına, tərəqqisinə, çiçəklənməsinə, onun sülhsevərliyinə və qonaqpərvərliyinə bir daha şahidlik etdi. Dünya bir daha əsl Azərbaycanı gördü və tanıdı. 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qoşulmama Hərəkatının  BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu gün dünya əhalisinin təxminən 55 faizi Qoşulmama  Hərəkatına üzv ölkələrdə yaşayır.

“Bu baxımdan,  hesab edirəm ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisədir. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı”-deyən millət vəkili qeyd edib ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

“Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.

Azərbaycan Respublikası da 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.

Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

ali-ilya

zirva-ilya-mehri

ELDENIZ-3

XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə də dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı vurğuladı:

“Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Hesab edirəm ki, bu mövqenin bir daha ortaya qoyulması olduqca vacibdir və əhəmiyyətlidir. Çünki işğalçı dövlət Ermənistan hər fürsətdə ifşa edilməlidir, onun ifşası prosesi daha da sürətləndirilməlidir. Cənab Prezident də hər zaman olduğu kimi, bu dəfə də  mötəbər, ali kürsüdən istifadə edərək, Ermənistanın işğalçılıq, təcavüzkarlıq, dağıdıcılıq siyasətini bir daha ortaya qoydu, ifşa etdi. “Valday”dan, Aşqabad Sammitindən, Türk Zirvəsindən sonra bu, Ermənistana qarşı növbəti böyük və sarsıdıcı siyasi-diplomatik zərbə oldu.

Prezident İlham Əliyev həmçinin, nitqində Azərbaycanın dünya ölkələri ilə sosial, iqtisadi, o cümlədən humanitar əməkdaşlıq məsələlərinə də önəm verdiyini diqqətə çatdırdı: “2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə layihələr həyata keçirir”. Hesab edirəm ki, bu fakt kifayət qədər önəmlidir.

Mötəbər tədbirdə digər ölkələrin də dövlət və hökumət başçıları dünyanı düşündürən, narahat edən poblemlərdən danışdılar, bundan çıxış yolları haqqında fikirlərini bildirdilər. Xüsusilə, Azərbaycana bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edildi.

Hesab edirəm ki, Zirvə Görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar dünyada sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfəsini verəcək. Eyni zamanda, Zirvə Görüşü Qarabağ məsələsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə, Azərbaycanın beynəlxalq aləmdə yerinin və nüfuzunun möhkəmlənməsi işinə öz töhfələrini verəcək…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qısqanclıqla yanaşırlar…” – AYDIN HÜSEYNOV

Read Next

“Qoşulmama Hərəkatının Ermənistanı işğalçı kimi tanıması böyük uğurdur” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir