“Zirvə Görüşü bir daha Azərbaycanın nüfuzunu artıracaq…” – TAHİR RZAYEV

Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir və beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzunun göstəricisidir. Çünki BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatı dünyada sülhün, əmin-amanlığın, azadlığın tərəfdarıdır və bu dünya ictimaiyyətinə öz töhvələrini verir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, 150-dən çox ölkə nümayəndələrinin, nüfuzlu dövlət başçılarının, nazirlərin, siyasətçilərin, ictimai xadimlərin, bir çox mötəbər insanların qatıldığı bu görüşdə bu gün bəşəriyyəti narahat edən bir çox məsələlər müzakirə olunacaq, dünyada sülh, əmin-amanlıqla əlaqədar lazım olan təkliflər səsləndiriləcək, qarşıdurmaların, iğtişaşların, müharibələrin qarşısının alınması, insan həyatının daha da yaxşılaşdırılması üçün dəyərli fikirlər, təkliflər irəli sürüləcək və lazımi qərarlar qəbul olunacaq.

zirva-ilya-3

tahir_rzayev_C00134

“Əlbəttə ki, indi kimi keçirilən Zirvə Görüşdə bir neçə dəfə Qarabağ məsələsi də qaldırılıb və Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycana dəstəklərini ifadə ediblər.

Ölkəmizin ərazi bütövlüyünü tanıyıblar və bu münaqişənin sülh, danışıqlar  yolu ilə aradan qaldırılmasının tərəfdarıdırlar.

Bu məsələdə daim Azərbaycanın ərazilərinin bütövlüyünə, Azərbaycanın haqq səsinə lazımi dəstək veriblər. Sözsüz ki, bu Görüşdə də bu məsələ bir daha gündəmdə olacaq və əmin olduğumu bildirirəm ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər bir daha Azərbaycanın haqq səsini dəstəkləyəcək və Azərbaycan torpaqlarının təcavüzkarlardan azad olunması ilə əlaqədar öz fikirlərini bildirəcəklər.

Bizim üçün əlamətdar haldır ki, növbəti 3 ildə bu Hərəkata Azərbaycan sədrlik edəcək.  Təbii ki, dünyada Azərbaycan bu gün sülhsevər bir dövlət, həm də inkişafda olan bir respublika kimi tanınır. Azərbaycanın bu Hərəkata sədrlik etməsi, sözsüz ki, bir daha dünya ölkələri ilə bizim münasibətlərimizin yaxşılaşdırılmasına bir zəmin yaradacaq.

Bu gün dövlətlərin Azərbaycana olan münasibətini bir daha yaxşılaşacaq və ölkəmizin dünyada artan nüfuzunu daha da möhkəmləndirəcək…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Komitə sədrinin müavini Bolqarıstanda seçkiləri – İZLƏYƏCƏK

Read Next

“Bakı qəlbinizdə daim xoş xatirələrlə qalacaq” – PREZİDENT ZİYAFƏTDƏ ÇIXIŞ ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir