Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün artıq 8 aydır məqamın ucalıqdır.
Bir necə il əvvəl bir status paylaşmışdın atan haqqında ki, əvvəl babam atamı çiyinlərində gəzdirib, sonra – atam böyüyəndən sonra atasına yaxşı övlad olub, babamı çiynində gəzdirib.
Və bildirirdin ki, zaman gələcək, mən atamı çiyinlərimdə gəzdirəcəm.
Bu gün bunu niyə xatırladım bilirsənmi, canım oğlum, çünki bu gün atanın doğum günüdür və sabah açılandan ağlayır,
Bilirsən, niyə?
Həmişə deyərdin ki, “ana, atam bilirsən niyə belə kövrəkdi, çünki 1iyun uşaqların müdafiəsi günü doğulub”.
Keçən il bu gün lap sabah ertədən zəng edib atanın doğum günün təbrik etmişdin.
Bəzən fikirləşirəm: Ziyadxan, baban atandan daha şanslı imiş, çünki o oğlanlarının çiynində son mənzilə getdi, atan isə...

Nə isə…
Ziya, anan qurban, atan səndən təbrik zəngi gözləyir, ən azı yuxuda da olsa, təbrik etməyi unutma.
Ziya, o qədər darıxıram ki… Bircə dəfə səni görmək üçün ömrümü pay verərəm…
Bu gün uşaqların müdafiəsi günüdür, mən səni qoruya bilmədim.
Çünki övladın neçə yaşı olur-olsun, valideyinlər üçün hər yaşda uşaqdır.
Məkanın cənnət olsun!
Analar yanar ağlar.
Günləri sayar ağlar.
Dönər,göy göyərçinə
Yollara qonar ağlar.
Şəhid Ziyadxan Əliyevin anası Müşgünaz HƏZİ
Etikxeber.az