“Ziya Bünyadov”-da avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılır…

Ziya Bünyadov prospektində avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Etikxeber.az-a bildirilib ki, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( “Baku Steel Company”nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

ziyaa

Bu məqsədlə tunelin üzü “Koroğlu” metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Etikxeber.az

Read Previous

“KİV haqqında” qanun dəyişməli, mediaya nəzarət gücləndirilməlidir – AMAŞOV

Read Next

“Paşinyan Brüsseldən məyus və əliboş qayıtdı” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir