Ziya Bünyadov prospektinin bir hissəsində piyada keçidlərinin rənglənməsi işləri aparılacaq

Aprelin 6-da saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan hissəsində piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Etikxeber.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Etikxeber.az

Read Previous

Aprelin 9-da magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Read Next

Prezident qubernatoru qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir