Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, 60 yaşlı rektor sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.
Etikxeber.az