Ziya Məmmədov: “Prezidentin qərarları müzakirə edilməməlidir və şərhə ehtiyac yoxdur”

Etikxeber.az xəbər verir ki,  Gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla əlaqə saxlayıb.

Onun Azərbaycan Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzamasına münasibət öyrənib.

Z.Məmmədov bildirib ki, sözügedən sərəncamla tanış deyil:

“Buna baxmayaraq, hər bir halda Azərbayca Prezidentinin qərarları müzakirə edilməməlidir və şərhə ehtiyac yoxdur”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq. Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Etikxeber.az

 

Read Previous

Ziya Məmmədov “yola” salındı…Quluzadə isə birləşmiş nazirliyin rəhbəri oldu – SƏRƏNCAM

Read Next

Əliyev Berdiməhəmmədovu təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir