Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış içtimai-siyasi xadim, akademik Ziyad Səmədzadənin seçicilərlə səmimi və isti ortamda görüşləri davam edir.
Etikxeber.az xəbər verir ki, növbəti görüşlərdən biri də bu gün-25 avqust 2024-cü il tarixində axşam saatlarına yaxın baş tutub.
Budəfəki görüş yeri isə Süleymanov Rəhimov küçəsi 129-da yaşayan həyət evlərinin sakinləri-seçiciləri ilə olub.
Sakinlərdən-həm də seçiçilərdən Sürəyya xanım, Mehparə xanım və Nüranə xanım öz arzularını, fikirlərini, qayğılarını bölüşüb, onları maraqlandıran və narahat edən məsələləri dilə gətiriblər.
Onlar əsasən həyətin işıqlandırılması məsələsini diqqətə çatdırıblar.
Bununla yanaşı deyiblər ki, həyətin giriş qapısının olmaması da onları narahat edir.
Ziyad Səmədzadə də dərhal-yerindəcə aidiyyatı qurumların məsul şəxsləri ilə əlaqə saxlayıb, sakinlərin, seçicilərin arzularını, problemlərini onların diqqətinə çatdırıb.
Onlar da öz növbəsində qaldırılan məsələlərin tezliklə həlli istiqamətində addımlar atacaqlarını bildiriblər.
Sakinlər də Ziyad Səmədzadəyə onların qaldırdıqları məsələlərə operativ reaksiya verməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda, bir seçici kimi 1 sentyabr tarixində səsvermədə iştirak edəcəklərini bildirib və layiqli namizəd kimi Ziyad Səmədzadəyə səs verəcəklərini söz veriblər.
Səmimi və isti ortamda keçən görüş təxminən 40 dəqiqə çəkib.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az