Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan iqtisadiyyatının aktual problemlərinin elmi-əməli tədqiqi sahəsində yarım əsrdən çox bir dövrdə təcrübə toplamış bir tədqiqatçı olaraq, mən XX əsrdə inkişaf tarixinin yazılması kimi məsul bir tapşırığın yerinə yetirilməsini öz üzərimə götürdüm.
Etikxeber.az xəbər verir ki, bu fikirlər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin rəsmi “Facebook” sosial şəbəkə hesabındakı paylaşımında öz əksini tapıb.
Daha sonra qeyd olunub:
“Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyi, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri ən vacib metodoloji baza kimi müəyyənləşdirilmişdir.
Taleyimdən çox razıyam ki, uzun illər gərgin əməyimin, müşahidələrimin, elmi araşdırmalarımın nəticəsi olaraq “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyini başa çatdırmış, əbədiyaşar Heydər Əliyevin yuxarıda qeyd edilən istəyinin yerinə yetirilməsində iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, adıçəkilən beşcildliyin təqdimatı Bakı Biznes Mərkəzində, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda, AMEA Gəncə Bölməsində, Bakı Biznes Universitetində, Sumqayıt Dövlət Universitetində və Bakı Ekspo Mərkəzinin Bülbül Təqdimat Zonasında keçirilib.
Etikxeber.az