Ziyad Səmədzadə: “Qəhrəmanlıq səhifələrimizdən biri də 20 Yanvardır”

“Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlər var. Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə qeyd edəcək, xatırlayacaq”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədazadə dilə gətirib.
“20 Yanvar xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. Eyni zamanda, 20 yanvar xalqımızın  milli-azadlıq hərəkatının tarixində ən mühüm hadisələrimizdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk“-deyə, komitə sədri sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Deputat “AZAL”-ın özəlləşdirilməyə çıxarılmasını təklif etdi

Read Next

Ramiz Mehdiyevin kürəkəni də narazılıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir