Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan, bu qəbildən olan insanlara, həmçinin? respublikanın bütün rayon və şəhərlərində yaşayan azteminatlı sakinlərə yardımlar edilir.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, bugünlərdə Bakı şəhəri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən seçilən millət vəkili, akademik Ziyad Səmədzadə tərəfindən adıçəkilən dairədə yaşayan aztəminatlı ailələrə, 65 yaşdan yuxarı tənha ahıl şəxslərə ərzaq yardımı edilib.
Yardım aksiyasında millət vəkilinin qərargahının üzvləri və könüllü gənclər iştirak edib.
Yardımlar çatdırılan insanlarla maarifləndirici söhbət aparılıb, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatıdırılıb.

Etikxeber.az





